AccessBank-dan ilk: "Qızıl Şans" lotereya kampaniyasına start verildi
AccessBank müştərilərinə əlavə dəyər yaratmaq və lombard kreditlərinin satışını təşviq etmək məqsədilə ilk dəfə olaraq "Qızıl Şans" stimullaşdırıcı lotereya kampaniyasına start verdiyini elan edir. Lotereya kampaniyası 17 aprel 2025-ci il tarixindən başlayır və iki tiraj üzrə həyata keçiriləcək.
"Qızıl Şans" lotereyasında yalnız aşağıdakı tarixlərdə AccessBank-dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:
I tiraj: 17.04.2025 – 15.08.2025
II tiraj: 16.08.2025 – 19.12.2025
Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.
Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:
I yer – 50 qr 999.99 əyyarlı qızıl külçə (1 nəfər)
II yer – 30 qr qızıl külçə (2 nəfər)
III yer – 20 qr qızıl külçə (3 nəfər)
IV yer – 10 qr qızıl külçə (6 nəfər)
Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və AccessBank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
İştirak şərtləri:
Lotereyada yalnız 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Lotereya bileti kimi lombard kredit müqaviləsinin nömrəsi əsasında bank tərəfindən təqdim edilən rəsmi blank çıxış edir.
İştirak yalnız lombard kreditlərinə şamil olunur; istehlak, mikro və digər kreditlər nəzərə alınmır.
Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
İlk tirajda qalib olan müştərilər ikinci tirajda iştirak hüququna malik deyillər.
Qalibin kredit öhdəlikləri tam bağlanmayıbsa, uduş təqdim edilmir.
Uduşların pul ekvivalenti təqdim olunmur.
Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat Qızıl Şans saytında, eləcə də AccessBank-ın Instagram, Facebook və LinkedIn səhifələrində paylaşılacaq.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?