AccessBank-dan pulsuz debet kart: "myCard White" ilə hər alış-veriş daha sərfəli
®Müştəri yönümlü xidmətləri ilə tanınan AccessBank gündəlik maliyyə əməliyyatlarını daha rahat və sərfəli etmək məqsədilə yeni debet kart – "myCard White"-ı təqdim edir.
Yeni kart tamamilə pulsuz təqdim olunur və istifadəçilərə aylıq 1000 manata qədər komissiyasız nağdlaşdırma imkanı yaradır. Bu da müştərilərin gündəlik maliyyə əməliyyatlarında əlavə xərclərdən azad olması deməkdir.
"myCard White" sahibini fərqləndirən əsas üstünlüklərdən biri — seçilən 3 fərqli xərcləmə kateqoriyası üzrə 5%-dək limitsiz keşbek (cashback) qazandırmasıdır. Müştərilər market, kafe və restoran, geyim, kinoteatr, aptek, gözəllik və SPA, əyləncə, idman və digər sahələr arasından öz xərcləmə vərdişlərinə uyğun kateqoriyaları seçərək, hər alış-verişdən real qazanc əldə edə bilirlər.
AccessBank-ın təqdim etdiyi "myCard White" məhsulu müştərilərə rahatlıq, şəffaflıq və səmərəlilik qazandırmaq məqsədilə hazırlanıb. Kartı əldə etmək üçün AccessBank filiallarına müraciət etmək və ya myAccess mobil tətbiqi üzərindən də onlayn sifariş vermək mümkündür.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları