AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
(®) Sizin yerli Avropa bankınız - Accessbank, xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi və maliyyə bazarındakı tendensiyalara uyğunlaşmaq məqsədi ilə, dollar əmanətlər üzrə sərfəli kampaniyaya start verir.
Kampaniya çərçivəsində müştərilərə vəsaitlərinin daha əlverişli şəraitdə saxlanılması və əlavə qazanc əldə etmək şəraiti yaratmaq məqsədi ilə, dollar əmanətləri üzrə faiz dərəcələri 3,5%-dən 4,5%-ə yüksəldilib. Manat əmanətləri üzrə faiz dərəcələri isə 11% təşkil edir.
Kampaniyanın şərtləri haqqında daha ətraflı:
Kampaniya 1 iyun 2024-cü il tarixinədək keçərlidir.
Əmanətlər üzrə faiz dərəcələrinin artırılması qərarı AccessBank-ın müştərilərə maliyyə rifahının davamlı təmin edilməsi, eləcə də şəxsi vəsaitlərinin keyfiyyətli idarəediməsi üçün əlverişli şəraitin yaradılması məqsədlərini əks etdirir. Əminik ki, yeni faiz dərəcələri müştərilərimizə öz maliyyə məqsədlərinə daha tez nail olmağa kömək edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

McDonalds haqqında maraqlı faktlar
"Coca-Cola" haqqında 5 maraqlı fakt
SMM nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan bilindi
Sənaye sektoru zəifləyib
Benzin, dizel və maye qaza görə yol vergisi artırılacaq
Ermənistana daha 132 vaqon buğda göndəriləcək
Vergi Məcəlləsində nəzərdə tutulan tələblər balıq məhsullarına da şamil olunacaq
Bina alışı zamanı 26 milyon manatlıq ƏDV geri qaytarılıb
1000 manatla hansı biznesi qurmaq olar?
İKEA şirkətinin tarixi
Biznes planı necə yazmaq lazımdır?
Kriptovalyuta nədir və necə alınır?
Biznes nədir?