AccessBank-ın İdarəedici komandası ilə səmimi söhbət

AccessBank-ın İdarəedici komandası ilə səmimi söhbət(®) AccessBank-ın İdarəedici komandası ilə 20 illik yubiley ərəfəsində Bankın keçmişi haqqında danışdıq.
-Zəhra xanım (Zəhra Zeynalova, Əməliyyatlar üzrə Baş Direktor), AccessBank-ın 20 illik yubileyi sizin üçün nə deməkdir? Sizcə, bu illər ərzində bankda dəyişməyən nədir?

-Şəxsən mən bu 20 ilin 16-da AccessBank-la birgə olmuşam.  Bu illər ərzində dəyişməz qalan isə göstərdiyimiz xidmətin keyfiyyətinin yüksək səviyyəsi, işimizin maksimum şəffaflığı, xidmətlərimizin əhalinin bütün qrupları üçün əlçatanlığıdır. Qürurla deyə bilərəm ki, mikromaliyyə sahəsində ən yaxşı bank ekspertləriyik. Biz çətinliklərin öhdəsindən gəlməyi bacarırıq, çünki Bankımızın gələcək onilliklərdə belə işləmək üçün güclü təməli var.
-Gəlin, son illərin nailiyyətlərindən danışaq.
-Ötən illərdə yaddaqalan dəyişiklərə gəlincə, bu, əlbəttə ki, müştərilərin ehtiyaclarına olan diqqətimiz və işimizdə etdiyimiz dəyişikliklərdir. Bu dəyişikliklər müştərilərin daha sürətli və daha rahat xidmət almasına səbəb olur: bankomatlar və ödəniş terminalları şəbəkəsi yenilənir və genişləndirilir, yeni mobil tətbiq istifadəyə verilir, daxili proseslərin optimallaşdırılması və avtomatlaşdırılması nəticəsində kreditlərin verilməsi proseduru asanlaşdırılır və sürətləndirilir. Müştərilərin ehtiyacları vaxtaşırı təhlil edilir və onlara ehtiyaclarına cavab verən müxtəlif bank məhsulları təklif edilir.
-Təşəkkür edirəm, Zəhra xanım. Renat bəy (Renat Hümbətov, Mikro və KOBM üzrə İcraçı Direktor), Bankın 20 illik yubileyi sizin üçün nə deməkdir? Bu 20 il ərzində bank necə dəyişib?
-AccessBank-da 17 ildir işləyirəm. Bu illər ərzində zamanın  necə keçdiyini hiss etmədim, amma eyni zamanda da  həmkarlarımla birlikdə necə uzun və maraqlı yol keçdiyimizi düşünürəm. Bu illər ərzində neçə-neçə maraqlı və dəyərli insanla tanış olmuşam, komanda ruhu sayəsində nailiyyətlər əldə etmişəm. Düzdür, çətinliklər də az olmayıb, amma istənilən zaman həmkarlarımın dəstəyini hiss edərək onların öhdəsindən gəlmişəm. 
-Bu illər ərzində sizin üçün ən unudulmaz nə oldu? 
-Mənim üçün ən yadda qalan Bankda ilk iş illərimdir: fərqli, öyrəşmədiyim demokratik korporativ mühit, inadkar və məqsədyönlü komanda. Məni həmin illərdə xüsusilə 2 şey təəccübləndirirdi. Birincisi o idi ki, yeni və az tanınan bankda bu qədər güclü komanda işləyir. İkincisi, hər kəs, hətta işə yeni başlayan əməkdaş belə Bankın İdarə Heyətinin sədrinə sadəcə adı ilə müraciət edir.    
-Zamanı geri qaytara bilsəydiniz, 20 il əvvəlki özünüzə hansı məsləhəti verərdiniz?
-Narahat olma, hər şey yaxşı olacaq.

Banklar     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri