AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər

AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər®Xanım əməkdaşların peşəkar inkişafı, onların korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması yaradılıb.
2022-ci ildə yaradılan klub hazırda 40-dan çox rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.
Bu dəfə AccessBank Leading Women Club çərçivəsində bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və Olga Tomaş ilə görüş (workshop) təşkil edilib.  Görüş zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər, eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla bölüşdülər.  Görüşün xüsusi qonağı isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Momina Aijazuddin olub. Görüş çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq, həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı.
AccessBank-ın rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə edib.
AccessBank qadın liderlərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.
AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilərAccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilərAccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər/ banker.az

Banklar     Tarix: 12 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler