AccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

AccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib®Azərbaycanda davamlı inkişaf və sahibkarlara əlverişli mühitin yaradılması siyasətinə sadiq olan AccessBank, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Naxçıvanda sahibkarlığın inkişaf perspektivləri və regionda dəstək tədbirlərinə həsr olunan konfrans təşkil edib. 
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının (MR), İqtisadiyyat Nazirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və AccessBank arasında üçtərəfli görüş keçirilib, görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan əlavə,  Nazirlik, AYİB və AccessBank nümayəndələri yerli sahibkarlığın potensialını araşdırmaq məqsədi ilə iki yerli istehsalat müəssisinə baş çəkiblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. 
Tədbirdə Naxçıvan rəsmiləri ilə yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar da daxil olmaqla 60-a yaxın şəxs iştirak edib. O cümlədən, Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov, Naxçıvan MR iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Novruz Nozvruzlu iştirak etdilər.
"Naxçıvanda dövlət-özəl tərəfdaşlığı: Sahibkarlara dəstək konfransı" Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi üzrə üçtərəfli əməkdaşlığı əhatə edən ilk tədbir olub.
Açılışda AccessBank-ın İdarə Heyətinin üzvü, korporativ, kiçik, orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib və Naxçıvanda iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə Azərbaycanın qabaqcıl maliyyə institutlarının bölgəyə cəlb edilməsinin təməlini qoyacaq. 
"AccessBank artıq ikinci ildir ki, Naxçıvanda fəaliyyət göstərir və filialımız yerli sahibkarlara aktiv şəkildə xidmət göstərir, onlara sərfəli məhsul və xidmətlər təklif edilir. Biz Naxçıvanda mühüm inkişaf imkanlarını görürük və hazırda yerli biznesi dəstəkləmək üçün xüsusi təkliflər, o cümlədən güzəştlər paketi hazırlayırıq", – deyə İ.Quliyev konfrans zamanı qeyd edib.
Konfransda çıxış edən Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov 2024-cü il aprelin 1-nə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlıq subyektlərinə ayrılan güzəştli kreditlərin 37,9%-nin AccessBank-ın payına düşdüyünü qeyd edərək, Bankı Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dəvət edib.
AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı otuz ildən artıqdır ki, davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycanın fəal tərəfdaşıdır. 
"Biz yerli biznesə dəstək məqsədi ilə maliyyə əlçatanlığı və rəqabətə davamlılıq imkanlarını yaratmaq istiqamətində AccessBank ilə əməkdaşlıq müqaviləsini imzalamağa hazırlaşırıq. AccessBank-ın etibarlılığı və mövcud filial şəbəkəsi sayəsində biz maliyyələşdirməmizi Azərbaycanın bütün regionlarına genişləndirmək niyyətindəyik. Bu tərəfdaşlıq AYİB-in Azərbaycanda strateji prioritetlərinin həyata keçirilməsi, eləcə də, sahibkarlığın və özəl sektorun inkişafına dəstək vermək üçün birgə səylərimizə güclü təkan verəcək", – deyə Natali Muravidze bildirib.
AccessBank-ın İdarə Heyətinin üzvü, mikro və aqro-sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Humbətov Naxçıvan filialının nümunəvi olduğunu qeyd etdi. 
"Portfelin aktiv artımını nəzərə alaraq, hazırda Naxçıvan Muxtar Respublikasında daha bir filialın açılması məsələsinə baxılır. Naxçıvanın bank sektorunda ixtisaslaşmış kadrların hazırlanması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə işə qəbul prosesnin elan edilməsi də nəzərdə tutulub", – R.Hümbətov konfransda bildirib.
AccessBank-ın təşkilatçılığı ilə keçirilən "Naxçıvanda Dövlət-Özəl Tərəfdaşlığı: Sahibkarlığa Dəstək Konfransı" regionun davamlı iqtisadi inkişafının təmin edilməsində bank, biznes ictimaiyyəti və dövlət qurumları arasında tərəfdaşlığın vacibliyini  vurğuladı. AccessBank bundan sonra da Naxçıvanda biznes ictimaiyyətinin gücləndirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibAccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib/ banker.az

Banklar     Tarix: 10 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari