AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib(®) Azərbaycanda davamlı inkişaf və sahibkarlara əlverişli mühitin yaradılması siyasətinə sadiq olan AccessBank, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Naxçıvanda sahibkarlığın inkişaf perspektivləri və regionda dəstək tədbirlərinə həsr olunan konfrans təşkil edib. 
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının (MR), İqtisadiyyat Nazirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və AccessBank arasında üçtərəfli görüş keçirilib, görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan əlavə,  Nazirlik, AYİB və AccessBank nümayəndələri yerli sahibkarlığın potensialını araşdırmaq məqsədi ilə iki yerli istehsalat müəssisinə baş çəkiblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. 
Tədbirdə Naxçıvan rəsmiləri ilə yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar da daxil olmaqla 60-a yaxın şəxs iştirak edib. O cümlədən, Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov, Naxçıvan MR iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Novruz Nozvruzlu iştirak etdilər.
"Naxçıvanda dövlət-özəl tərəfdaşlığı: Sahibkarlara dəstək konfransı" Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi üzrə üçtərəfli əməkdaşlığı əhatə edən ilk tədbir olub.
Açılışda AccessBank-ın İdarə Heyətinin üzvü, korporativ, kiçik, orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib və Naxçıvanda iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə Azərbaycanın qabaqcıl maliyyə institutlarının bölgəyə cəlb edilməsinin təməlini qoyacaq. 
"AccessBank artıq ikinci ildir ki, Naxçıvanda fəaliyyət göstərir və filialımız yerli sahibkarlara aktiv şəkildə xidmət göstərir, onlara sərfəli məhsul və xidmətlər təklif edilir. Biz Naxçıvanda mühüm inkişaf imkanlarını görürük və hazırda yerli biznesi dəstəkləmək üçün xüsusi təkliflər, o cümlədən güzəştlər paketi hazırlayırıq", - deyə İ.Quliyev konfrans zamanı qeyd edib.
Konfransda çıxış edən Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov 2024-cü il aprelin 1-nə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlıq subyektlərinə ayrılan güzəştli kreditlərin 37,9%-nin AccessBank-ın payına düşdüyünü qeyd edərək, Bankı Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dəvət edib.
AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı otuz ildən artıqdır ki, davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycanın fəal tərəfdaşıdır. 
"Biz yerli biznesə dəstək məqsədi ilə maliyyə əlçatanlığı və rəqabətə davamlılıq imkanlarını yaratmaq istiqamətində AccessBank ilə əməkdaşlıq müqaviləsini imzalamağa hazırlaşırıq. AccessBank-ın etibarlılığı və mövcud filial şəbəkəsi sayəsində biz maliyyələşdirməmizi Azərbaycanın bütün regionlarına genişləndirmək niyyətindəyik. Bu tərəfdaşlıq AYİB-in Azərbaycanda strateji prioritetlərinin həyata keçirilməsi, eləcə də, sahibkarlığın və özəl sektorun inkişafına dəstək vermək üçün birgə səylərimizə güclü təkan verəcək", - deyə Natali Muravidze bildirib.
AccessBank-ın İdarə Heyətinin üzvü, mikro və aqro-sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Humbətov Naxçıvan filialının nümunəvi olduğunu qeyd etdi. 
"Portfelin aktiv artımını nəzərə alaraq, hazırda Naxçıvan Muxtar Respublikasında daha bir filialın açılması məsələsinə baxılır. Naxçıvanın bank sektorunda ixtisaslaşmış kadrların hazırlanması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə işə qəbul prosesnin elan edilməsi də nəzərdə tutulub", - R.Hümbətov konfransda bildirib.
AccessBank-ın təşkilatçılığı ilə keçirilən "Naxçıvanda Dövlət-Özəl Tərəfdaşlığı: Sahibkarlığa Dəstək Konfransı" regionun davamlı iqtisadi inkişafının təmin edilməsində bank, biznes ictimaiyyəti və dövlət qurumları arasında tərəfdaşlığın vacibliyini  vurğuladı. AccessBank bundan sonra da Naxçıvanda biznes ictimaiyyətinin gücləndirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib/ marja.az

Banklar     Tarix: 10 may 2024

Oxşar xəbərlər

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira


iqtisadi xeberler avtomobil xeberleri kicik biznes dollar manat kursu iqtisadiyyat xeberleri