AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər

AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər®Bank sektorunun aparıcı oyunçularından olan AccessBank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa, Azərbaycanda ilk innovativ kobrend filialını açmaq üçün birləşib.  Bakının Səbail rayonu, R.Rza küçəsi 15 ünvanında yerləşən ilk kobrendinq filialının açılması Azərbaycanda bank müştərilərinin yeni xidmət səviyyəsi ilə təmin olunmasına şərait yaradacaq.
Xidmət sahəsində innovasiyaların tətbiqi siyasətinə sadiq qalan AccessBank və Visa, müştəriləri ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı ilə sevindirəcəklər. Kobrendinq filialının əsas üstünlüyü olan yeni terminal müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.
"Biz Azərbaycanda qlobal ödəniş lideri Visa ilə kobrendinq filialı açan ilk bank olmaqdan qürur duyuruq, bu, bizim etibarlı tərəfdaş kimi imicimizin əlavə sübutudur. Biz həmçinin məmnuniyyətlə bildiririk ki, bu əməkdaşlıq müştərilərə xidmət, nağdsız ödənişlərin təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində yenilikləri tətbiq etməyə imkan verəcək", – filialın açılışında AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev deyib.
"Access Bank uzun illərdir Visa-nın strateji və etibarlı tərəfdaşıdır. Bu gün açılan filial adi formatdan fərqlənir – burada kovorkinqdə və ya kafedə olduğu kimi rahat atmosfer yaradılıb. Eyni zamanda, burada müştərilərlə işləmək üçün innovativ texnologiyalardan istifadə edilir. Məsələn, kart istehsalı üçün yüksək texnologiyalı terminallar quraşdırılıb – indi siz Visa kartlarını daha sürətli və daha rahat əldə edə bilərsiniz. Biz AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq və əminik ki, birlikdə Azərbaycanın nağdsız iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyik", – Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.
İnnovativ və rahat maliyyə həllərinin tətbiqi AccessBank-ın fəaliyyət prioritetərindəndir. Bank bu istiqamətdə fəaliyyətini davam etdirərək, müştərilərin tələblərini ödəməklə, ölkənin bank sektorunun inkişafına öz töhfəsini verəcək.
"AccessBank-Visa"  kobrend filialı müştərilərə iş günləri saat 9:00-dan 18:00-dək xidmət göstərir. Filial həm hüquqi, həm də fiziki şəxslərə maliyyə əməliyyatları üzrə xidmətlər təklif edir.  Müştərilərin rahatlığı üçün burada ATM və Cash In xidmətlərinin göstərildiyi 24/7 fəaliyyət göstərən zona yaradılıb.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilərAccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilərAccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər/ banker.az

Banklar     Tarix: 13 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri