AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü®İnsan kapitalının davamlı peşəkar inkişafını strateji prioritet kimi müəyyən edən AccessBank, Xəzər Universiteti ilə birgə həyata keçirdiyi "İdarəetmənin əsasları" təlim proqramını uğurla yekunlaşdırıb.
Müasir iş mühitində çevik uyğunlaşma, effektiv komanda işi və strateji hədəflərə çatmaq bacarıqları ilə yanaşı, liderlik potensialının gücləndirilməsi də uğurlu idarəetmənin əsas tərkib hissələrindəndir. Məhz bu məqsədlə keçirilən kurs, iştirakçılarda idarəetmənin əsas prinsipləri üzrə bilik və bacarıqların formalaşdırılmasına xidmət edib.
Proqram çərçivəsində əməkdaşlar 17 mövzunu əhatə edən intensiv təlimlərə cəlb olunub. Kursun məzmunu klassik idarəetmə nəzəriyyələri və müasir praktiki yanaşmalar əsasında hazırlanıb. Təlimlər zamanı iştirakçılar strateji düşüncə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, effektiv ünsiyyət və komanda idarəetməsi kimi sahələrdə praktiki biliklər əldə ediblər.
"Əməkdaşlarımızın davamlı peşəkar inkişafı AccessBank üçün hər zaman strateji prioritet olub. Bu baxımdan, "İdarəetmənin əsasları" kursunun həyata keçirilməsi Təlim və İnkişaf şöbəmizin olduqca dəyərli təşəbbüsüdür. Xəzər Universiteti ilə qurduğumuz əməkdaşlıq çərçivəsində baş tutan bu proqram, 52 əməkdaşımız üçün yalnız nəzəri biliklər deyil, eyni zamanda praktiki bacarıqlar qazanmaq baxımından da önəmli imkanlar yaratdı. Əminəm ki, iştirakçılar bu dörd ay ərzində həm özlərini inkişaf etdirdilər, həm də tələbəlik illərinin ruhunu yenidən yaşamaqdan zövq aldılar. Əməkdaşlarımıza uğurlar arzulayır, gələcəkdə də belə təşəbbüslərin davamlı olacağına inanıram", – bunu AccessBank-ın  İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
Təlim proqramını müvəffəqiyyətlə başa vuran bütün əməkdaşlara Akademik Sertifikatlar təqdim olunub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 11 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq