"AccessBank"ın xalis mənfəəti 34% artıb
Xarici kapitallı "AccessBank" QSC 2026-cı ilin ilk yarısını 28,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% çoxdur. Banker.az xəbər verir ki, bu şirkətin yarımillik maliyyə hesabatında qeyd edilir.
Mənfəətin artımına faiz gəlirlərinin 16,5% artaraq 141,3 milyon manata yüksəlməsi və mümkün zərərlər üzrə yaradılan ehtiyatların 23,7% azalaraq 6,2 milyon manata enməsi dəstək verib. Eyni zamanda, faiz xərcləri 19,0%, qeyri-faiz xərcləri isə 9,2% artsa da, gəlirlərin yüksəlişi bu artımı kompensasiya edib.
Bankın xalis faiz gəliri və qeyri-faiz gəlirləri ümumilikdı illik müqayisədə 14,6% artaraq 93,5 milyon manata çatıb. Cəmi xərclər isə 14,3% artaraq 108,5 milyon manat olub.
Bölüşdürülməmiş mənfəət 28,9% artaraq 125,3 milyon manat olub. Bankın nağd pul vəsaitləri və onların ekvivalentləri isə ilin əvvəli ilə müqayisədə 33,2% artaraq 184 milyon manata yüksəlib.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları