AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
®AFB Bank tibb işçiləri üçün xüsusi nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində kreditlər 3%-dək faiz endirimi və komissiyasız rəsmiləşdirmə imkanı ilə təqdim olunur ki, bu da müştərilərə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağa imkan verir.
Kampaniya çərçivəsində tibb işçiləri 50 000 AZN-dək nağd pul kreditini 10.5%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərlər. Kreditlər 59 ayadək müddətə rəsmiləşdirilir və müştərilərə ödənişlərini daha rahat planlaşdırmaq imkanı yaradır.
Kampaniyanın digər üstünlüklərindən biri isə kreditin başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsi imkanının təqdim edilməsidir. Belə ki, tibb işçiləri banka gəlmədən, əlavə vaxt sərf etmədən və iş qrafiklərini pozmadan kredit sifarişlərini tam rəqəmsal şəkildə həyata keçirə bilirlər.
AFB Bank müştərilərinin ehtiyaclarına uyğun maliyyə həlləri təqdim etməyə davam edir. "Tibb işçilərinə özəl" kampaniyası da səhiyyə sahəsində çalışan şəxslərə daha əlverişli və rahat kredit imkanları yaratmaq məqsədi daşıyır.
Kampaniyadan yararlanmaq üçün linkə keçid edin.
Hazırda AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər. / banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?