Agentlik rəsmisi: "Əksər KOB-lar ekologiyaya vurduğu zərərin ölçüsünü hesablaya bilmir"

Agentlik rəsmisi: Azərbaycandakı KOB ekosistemi çərçivəsində olan əksər oyunçuların ekologiyaya vurduqları zərərin ölçüsünü hesablamağa savadı yoxdur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
"Yaşıl biznes standartı"nın hazırlanması üzərində çalışırıq"
Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı sektorunda ekologiyaya ciddi ziyan vuran KOB-ların bundan heç xəbəri də yoxdur: "Onlar bilmirlər ki, resurslarından düzgün istifadə etmirlər, bilmirlər ki fəaliyyətləri nəticəsində torpağın duzlaşmasına səbəb olurlar. Bunu bilənlərin isə əksər hallarda resursları, bacarıqları və səriştələri həmin problemlərin qarşısını almağa, onlarla mübarizə aparmağa imkan vermir".
E.Əliyev hesab edir ki, iqlim maliyyələşməsinin çatışmazlığı KOB-ların qarşısında duran mühüm əngəllərdən biridir: "Ümumi təəssürat ondan ibarətdir ki, KOB-lar bu gün özünü varlılın toyunda kasıb qonaq kimi hiss edir. İqlim dəyişməsi mövzusundakı maliyyələşmədə böyük məbləğlərdən söhbət getsə də əslində KOB-ların həll etdiyi məsələlərə çox kiçik məbləğlər tələb olunur. Azərbaycanda əsas problemlərdən biri suyun azlığıdır. Fermerlərin istifadə etdikləri bir çox irriqasiya sistemləri köhnə üsublu suvarma sistemləridir. Halbuki müasir texnologiyalardan istifadə suyun 80 %-nə qənaət etməyə imkan verə bilər. Bəs bizdə bu niyə baş vermir? Bu onunla əlaqədardır ki, KOB-ların sadəcə olaraq yeni texnologiyaların tətbiqi ilə əlaqədar xərcləri öz biznes planlarına daxil etmək üçün imkanları çatmır".
"KOB-lar iri şirkətlərdən fərqlənməlidir. Bu fərqlənmə isə öz növbəsində praktiki nəticələrə gətirib çıxarmalıdır. Bunlardan biri isə təbii ki, maliyyələşmə çərçivəsidir. Bu istiqamətdə biz Azərbaycan Mərkəzi Bankı ilə iş aparırıq. Bu prosesə hətta Asiya İnkişaf Bankı da cəlb edilib. Bu proses eyni zamanda KOB-lardan müəyyən şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsini tələb edir. Çünki heç bir maliyyə institutunu heç kim məcbur edə bilməz ki, kiməsə fərqli şərtlərlə maliyyə resursları versin. Buna baxmayaraq KOB-lara yanaşma fərqli olmalıdır",- deyə o qeyd edib. (Report)

Biznes     Tarix: 02 oktyabr 2024

Oxşar xəbərlər

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu