Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - CƏDVƏL

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - CƏDVƏLİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yeni buraxılışına əsasən Azərbaycanın ən çox məhsul etdiyi ölkələrin adları açıqlanıb.
Elektrik enerjisi ixracından gəlirlər 21 milyon dollara yaxın azalıb
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları üçün 5 əsas ixrac ölkəsi Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna olub.
Hesabat dövründə ən böyük sıçrayış İsveçrəyə olan ixracatda qeydə alınıb. İxracat ötən ilin eyni dövrü ilə müqayisədə 128,2 milyon dollar və ya 2,1 dəfə artaraq 119,6 milyon dollardan 247,8 milyon dollara yüksəlib. Bu kəskin artım, əsasən, Azərbaycanın qızıl ixracatının həmin bazara yönəlməsi ilə bağlıdır və İsveçrəni Azərbaycanın üçüncü ən böyük qeyri-neft ixracat tərəfdaşına çevirib.
Yüksək artım nümayiş etdirən digər ölkə Ukrayna olub. Bu ölkəyə ixracat 67 milyon dollar və ya 83,4% artaraq 80,3 milyon dollardan 147,3 milyon dollara çatıb.
Ənənəvi bazarlardan Rusiya 878,9 milyon dollarla liderliyini qorusa da, artım tempi (4,2%) nisbətən aşağı olub. Qonşu Gürcüstana ixrac isə 49,7 milyon dollar (25,5%) artaraq 244,8 milyon dollara çatıb. Türkiyəyə olan ixracat isə demək olar ki, stabil qalaraq cəmi 0,2% artımla 435,8 milyon dollar təşkil edib.
Doqquz aylıq ümumi artıma baxmayaraq, sentyabr ayı bəzi ənənəvi bazarlarda ixracatın azalması ilə yadda qalıb. 
Sentyabrda Rusiyaya olan ixracat ötən ilin eyni ayına nisbətən 26,9 milyon dollar (29,3%) azalaraq 64,8 milyon dollara enib. Eyni şəkildə, Gürcüstana ixracat da 9 milyon dollar (24,1%) azalaraq 28,4 milyon dollar təşkil edib.
Bunun əksinə olaraq, doqquz aylıq dövrdə yüksək artım göstərən bazarlarda sentyabr ayında da müsbət dinamika davam edib. Ukraynaya ixrac 7 milyon dollar (82,4%) artaraq 15,5 milyon dollara, İsveçrəyə ixrac isə 8,7 milyon dollar (45,8%) artaraq 27,7 milyon dollara çatıb. Türkiyəyə ixrac isə cüzi artımla stabil qalıb.
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - CƏDVƏLAzərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - CƏDVƏL

Biznes     Tarix: 31 oktyabr 2025

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri