"Al Baladi Holding": "Azərbaycan kapitallı şirkət ilə imzaladığımız saziş 27 ölkəni əhatə edir"
Qətərin "Al Baladi Holding"i və Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında olan yeni partnyorluq münasibəti sürətlə inkişaf edir.
Ərəb şirkəti Bakıya 5 milyon dollar yatıracaq - Yeni iş yerləri açılacaq - İMZALANMA
FED.az xəbər verir ki, bunu Bakıda səfərdə olan "Al Baladi Holding" şirkətinin F&B bölməsinin baş əməliyyat direktoru (COO) Karim Abd El Razek jurnalistlərə açıqlamasında deyib.
"Bu gün burada olmaqdan və yeni missiyamızı bölüşməkdən çox məmnunuq. "Green Capital Management" ilə bu gün imzalanmış Strateji Tərəfdaşlıq Sazişi 27 ölkəni əhatə edir və müzakirələr zamanı "Go Crispy"nin məhsullarının bu bazarlarda 100 %-lik artımını müzakirə etmişik. Əsas məqsədimiz daha çox müxtəlif ölkələri əhatə etmək, markamızı daha geniş auditoriyaya çatdırmaq, toyuq sevən böyük bir müştəri kütləsini cəlb etməkdir. Markamızın bütün məhsulları tamamilə təbiidir, heç bir süni əlavə yoxdur. Bu genişlənmənin qarşıdakı iki il ərzində daha böyük uğur gətirəcəyini gözləyirik", - şirkət rəsmisi bildirib.
Xatırladaq ki, bu gün "Green Capital Management" şirkəti ilə "Al Baladi Holding" arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişinə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu sazişin imzalanması "Green Capital Management" ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən "Al Baladi Holdings" arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Şirkətlər birgə "Go Crispy" və "Tea Time" franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
1989-cu ildə Qətərdə təsis edilmiş "Souq Al Baladi Group" qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?