AMB: "Açıq bankçılıq" ekosisteminə 21 bank və 2 elektron pul təşkilatı qoşulub

AMB: Azərbaycanda "Açıq bankçılıq" ekosisteminə Azərpoçt operatoru da daxil olmaqla 21 bank qoşulub.
Banker xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
Onun sözlərinə görə, "Açıq bankçılıq" sistemi iki əsas hissədən ibarətdir: məlumatı paylaşan tərəf və həmin məlumatlardan istifadə edən üçüncü tərəf təchizatçıları:
"Azərbaycanda 21 bank ödəniş hesabı xidməti təchizatçıları kimi sistemə məlumat paylaşan tərəf qismində inteqrasiya olunub.
Bununla yanaşı, 8 bank üçüncü tərəf təchizatçı statusunda fəaliyyət göstərir. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Unibank, TuranBank, Bank Respublika, Bank of Baku, Azər-Türk Bank və PAŞA Bankdır. Bu banklar öz mobil tətbiqlərinə digər 21 bankın hesablarını inteqrasiya edərək müştərilərə müxtəlif banklardakı hesablarını vahid platformadan idarə etmək imkanı yaradır. Hazırda digər banklar tərəfindən də inteqrasiya işləri aparılır və yaxın müddətdə üçüncü tərəf təchizatçı bankların sayının artacağı gözlənilir".
O həmçinin qeyd edib ki, "Açıq bankçılıq" ekosisteminə fintech şirkətlərinin qoşulması prosesi də başlayıb: Hazırda iki elektron pul təşkilatı – GoldenPay-in "Puls" tətbiqi və M-Pay "Açıq bankçılıq" sisteminə qoşulub.
Elmar Didəkənan onu da deyib ki, "Açıq bankçılıq" çərçivəsində məlumatların ötürülməsi və ödəniş əməliyyatlarının icrası gücləndirilmiş təhlükəsizlik mexanizmləri ilə həyata keçirilir:
"Sistemdə məlumat mübadiləsi iki faktorlu autentifikasiya və gücləndirilmiş müştəri autentifikasiyası prinsipləri əsasında aparılır. Bu mexanizm vasitəsilə istifadəçinin şəxsiyyəti təsdiqlənir və yalnız onun razılığı əsasında məlumat paylaşımı həyata keçirilir. İstifadəçi bir bankdakı hesabını digər bankın mobil tətbiqinə əlavə etmək istədikdə, sistem onu aid olduğu bankın tətbiqinə və ya identifikasiya səhifəsinə yönləndirir. Burada istifadəçi PIN-kod, biometrik məlumat və ya digər təsdiqləmə üsulları ilə identifikasiyadan keçir. Ödəniş əməliyyatları zamanı da eyni təhlükəsizlik tələbləri tətbiq olunur və hər bir tranzaksiya anında istifadəçi əlavə autentifikasiyadan keçməlidir. Bu yanaşma "Açıq bankçılıq" çərçivəsində həyata keçirilən əməliyyatların təhlükəsiz və şəffaf şəkildə icrasını təmin edir". / banker.az

Banklar     Tarix: 15 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler