AMB aqrar sığorta sistemi üzrə təkmilləşdirmə işləri aparmağı planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sığorta sistemi üzrə təkmilləşdirmə işləri aparmağı planlaşdırır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu işlər aqrar sığorta məhsulları üzrə çeşidin artırılmasını, risklərin idarə edilməsində innovativ metodların tətbiqini, bu sahəyə etimadın yüksəldilməsini ehtiva edəcək.
"Bizi narahat edən fiziki təhdidlərdir. Ölkəmizin yerləşdiyi mövqeyə görə təhdidlər təkcə temperaturun artması deyil, həm də yağıntılardakı dəyişikliklərdir. Bu da, özünü şoranlaşma və yaxud müxtəlif sığorta hadisələrinin, o cümlədən daşqın baş verməsi formasında göstərir. Bunlar, kənd təsərrüfatında məhsuldarlığı azalda, eyni zamanda qida məhsullarına əlçatanlığın azaldılması və onların bahalaşması yolu ilə əhalinin rifahına, xüsusən də kənd təsərrüfatında çalışan və regionlarda həyatı bu sahədən asılı olan əhalinin rifahına təsir göstərə bilər. Bütün bunların isə banklara dolayı yolla – kredit risklərinin artması formasında təsiri ola bilər. Bu baxımdan AMB həm bu risklərin tənzimlənməsi, həm də aşağı karbonlu sahələrin maliyyələşdirilməsi ilə bağlı "2024-2026-c illər üzrə Dayanıqlı maliyyə üzrə yol xəritəsi"ni qəbul edib", – deyə sədr müavini əlavə edib. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?