AMB: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"
Azərbaycanda bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Açıq bankçılıq" və "açıq maliyyə təşəbbüsü" inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir. Bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradır. Banklar üçün ilk növbədə yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi, fintexlər üçün banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı, istehlakçılar üçün isə daha çox seçim, şəffaflıq və təhlükəsiz maliyyə həllərinə çıxış imkanı yaranır. Banklar bu imkanlardan ən çox yararlananlar sırasındadır. Onların texniki imkanları və potensialları daha genişdir. Artıq bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar", – deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, yerli banklar "yaşıl İqtisadiyyat"a keçid üçün səylərini əsirgəməyəcək: "Banklar COP29 çərçivəsindfə 2030-qədər 2 milyard manatlıq maliyyə öhdəliyi qəbul edib". / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?