AMB hüquqi şəxslərin depozitlərinin 1 ayda 1.8 mlrd. manatdan çox azalmasının səbəbini açıqlayıb

AMB hüquqi şəxslərin depozitlərinin 1 ayda 1.8 mlrd. manatdan çox azalmasının səbəbini açıqlayıbAzərbaycanda hüquqi şəxslərin depozitləri bir ayda 1.8 milyard manatdan çox azalıb. Belə ki, cari ilin noyabr ayının 1-nə banklarda hüquqi şəxslərin depozitləri (maliyyə institutları istisna olmaqla) əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat təşkil edib.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, hüquqi şəxslərin depozitləri üzrə müvafiq dinamika əsasən xarici valyutada cari hesabların azalması ilə bağlıdır. Müşahidə olunan dinamika şirkətlərin fəaliyyət xüsusiyyətlərindən, eləcə də dövlət və digər ödənişlərdən asılı olaraq formalaşıb.
"Müqayisə üçün bildiririk ki, analoji hal 2022-ci ilin yanvar, fevral, iyul, eləcə də 2023-cü ilin yanvar, fevral, iyun və iyul aylarında da müşahidə olunub.
Ümumilikdə, hüquqi şəxslərin depozitlərinin dinamikasına ortamüddətli dövr üzrə baxılması məqsədəuyğundur. Məlumat üçün qeyd edək ki, son 3 ildə müddətli depozitlərin həcmi 2.6 dəfə və ya 3.3 mlrd. manat, cari ilin 10 ayında isə 20.6% və ya 0.9 mlrd. manat artıb" – deyə AMB-dən bildirilib. / banker.az

Banklar     Tarix: 20 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi kripto biznes krediti