AMB kommersiya bankları üçün dəyişiklər edilən yeni qaydaya aydınlıq gətirdi: 1 avqustdan qüvvəyə minir

AMB kommersiya bankları üçün dəyişiklər edilən yeni qaydaya aydınlıq gətirdi: 1 avqustdan qüvvəyə minirMərkəzi Bank tərəfindən "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"na (Qayda) dəyişikliklər edilib. Sözügedən dəyişikliklər 2025-ci il avqust ayının 1-dən qüvvəyə minir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.
Qaydaya edilən dəyişikliklərin əsas məqsədi kəmiyyət və keyfiyyət parametrlərinin yenidən tənzimlənməsi yolu ilə banklarda likvidlik risklərinin daha effektiv idarə olunması və onların likvidlik mövqelərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirmək imkanlarının qorunmasından ibarətdir.
Yeni tələblər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur.  01.08.2025-ci il tarixindən etibarən sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50%-dən başlamaqla 01.06.2027-ci il tarixinədək, bütün digər banklar isə 40%-dən başlamaqla 01.12.2027-ci il tarixinədək mərhələli qaydaya 100%-ə çatdırmalıdır. Paralel olaraq, dəyişikliklər vasitəsilə bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir (bank metalları, dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları, gecəlik (overnight) depozitlər, Mərkəzi Bankda yerləşdirilmiş qısamüddətli vəsaitlərin yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirilməsinə icazə verilibdir).
Qaydaya edilən dəyişikliklər, ümumilikdə likvidlik risklərinin ölçülməsi və idarə olunması mexanizmlərinin daha çevik qurulmasına, həmçinin banklarda likvid vəsaitlərin milli və xarici valyutalar arasında bölgüsünün daha optimal proqnozlaşdırılmasına, bankların milli valyutada likvid mövqeyinin daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcəkdir.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:

Banklar     Tarix: 07 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq