AMB: məcburi ehtiyatlar sayəsində uçot faiz dərəcəsinin transmissiyası güclənib

AMB: məcburi ehtiyatlar sayəsində uçot faiz dərəcəsinin transmissiyası güclənibOktyabr ayı ərzində Məcburi Ehtiyat Normalarının (MEN) həcmi yarım milyard manat ekv.-də azalaraq 5.122 mlrd. manatdan 4.601 mlrd. manata düşüb.
Banker.az bu azalma ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu ünvanlayıb.
AMB sorğuya cavab olaraq bildirib ki, məcburi ehtiyatlar bankların öhdəlikləri, əsasən depozitlər əsasında hesablanır.
"Depozitlərin həcminin və strukturunun dəyişimindən asılı olaraq saxlanılan məcburi ehtiyatların məbləği aylar üzrə azala və ya arta bilər. Bildiyiniz kimi banklara tətbiq olunan məcburi ehtiyat normaları 3 meyar üzrə differensiallaşdırılır. Belə ki, hüquqi şəxslərin depozitlərinin müəyyən limiti  keçib-keçməməsindən, əlaqəli depozitlərin cəmi depozitlərdə payından və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq məcburi ehtiyat normaları dəyişir", – deyə məlumatda bildirilib.
AMB: məcburi ehtiyatlar sayəsində uçot faiz dərəcəsinin transmissiyası güclənibMəcburi ehtiyat normaları bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi, likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması, habelə de-dollarlaşmanın dəstəklənməsi kimi məqsədlərlə tətbiq edilir.
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.
Mərkəzi Bank bildirir ki, son illərdə məcburi ehtiyat aləti ilə sistemdəki izafi likvidliyin bir hissəsini sterilizasiya etməklə pul siyasətinin daha effektiv həyata keçirilməsinə nail olmuşdur. Belə ki, 2022-ci ilin sentyabrından pul siyasətinin yeni əməliyyat çərçivəsinə paralel olaraq məcburi ehtiyatların yeni normalarla tətbiqinə başlanılmışdır. Nəticədə banklararası təminatlı və təminatsız bazarda aktivlik artmış, pul bazarında istinad faizləri formalaşmış və uçot faiz dərəcəsinin transmissiyası güclənmişdir.
"Məlum olduğu kimi hazırda pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Belə ki, 2024-cü ilin noyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi 1D AZIR 7.66% (oktyabrda 7.48%) təşkil etməklə dəhliz daxilində formalaşmışdır. Təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyünün yaxşılaşdığını göstərir", – AMB bildirir.
Təmərküzləşmə meyllərinə qarşı…
Tənzimləyici hesab edir ki, məcburi ehtiyat normalarının müxtəlif meyarlarla differensiasiya edilməsində məqsəd məhz bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılmasıdır. Bu meyarların tətbiqi ilə likvidliyin daha çox təmərküzləşdiyi banklar daha çox məcburi ehtiyat saxlamalı olurlar.
AMB bildirir ki, məcburi ehtiyat normalarının dəyişdirilməsi ilə bağlı qərarlar bank sistemindəki likvidliyin həcmi və strukturu nəzərə alınmaqla pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində verilə bilər.
"Məcburi ehtiyat normaları ilə əlaqədar hər hansı qərar qəbul edildikdə ictimaiyyət bu barədə məlumatlandırılacaqdır", – məlumatda bildirilir.

Banklar     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi