AMB-nin sorğusu: Banklar növbəti rübdə biznes kreditləri üçün yumşalmanı dayandıracaqlar

AMB-nin sorğusu: Banklar növbəti rübdə biznes kreditləri üçün yumşalmanı dayandıracaqlar2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunub.
Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrində qeyd edilir.
Sorğuda qeyd edilir ki, yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilib. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilməyib.
Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.
Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artıb. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olmuşdur. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr.  İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.
2023-cü ilin son rübündә biznes kreditlәri üzrә standartlara sәrtlәşdirici tәsir edәn amillәr maliyyәlәşmә dәyәri vә bankın iri kreditorlarının maliyyә vәziyyәtinә dair risklәr olmuşdur. Biznes kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktorlar isә bankın mövcud vә gözlәnilәn likvidlik mövqeyi, digәr banklarla rәqabәt, ümumi iqtisadi gözlәntilәr vә inflyasiya gözlәntilәri olmuşdur. Son rüb әrzindә standartlara tәsir edәn әn sәrtlәşdirici faktor maliyyәlәşmә dәyәri, әn yumşaldıcı faktor isә iqtisadi gözlәntilәr olmuşdur.
Biznes kreditlәrindә olduğu kimi ipoteka kreditlәrindә dә maliyyәlәşmә dәyәri kredit standartlarına sәrtlәşdirici tәsir göstәrәn faktor olmuşdur. Son rüb әrzindә ipoteka kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktor әhalinin ödәmә qabiliyyәtinә dair gözlәntilәr vә ümumi iqtisadi gözlәntilәr olmuşdur. Ümumilikdә, son rübdә kredit standartlarına tәsir göstәrәn faktorların tәsirinin azalması müşahidә edilmişdir.
Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olmuşdur. Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr.
Sorğunun nәticәlәrinә әsasәn 2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olmuşdur. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilmişdir. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr.

Banklar     Tarix: 13 mart 2024

Oxşar xəbərlər

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V


iqtisadi xeberler 1000 manatla biznes pul qazanmaq valyuta xeberleri rubl mezenne