Ani zəhər: Liz Trass bir ayda İngiltərə iqtisadiyyatını necə çökdürdü?

Ani zəhər: Liz Trass bir ayda İngiltərə iqtisadiyyatını necə çökdürdü?Bu gün, oktyabrın 20-sində Liz Trass istefa vermək qərarını açıqlayıb. O, 44 gün baş nazir vəzifəsində çalışıb və bu, Britaniya tarixində ən qısa müddət olub. Baş naziri istefa xəbərindən bir ay əvvəl Böyük Britaniya hökuməti funtu tarixi minimuma endirən və İngiltərə Bankını təcili olaraq 65 milyard funt-sterlinq (təxminən 72 milyard dollar) dəyərində istiqraz buraxmağa məcbur edən iqtisadi inkişaf strategiyasını açıqlayıb. Təklif olunan strategiya nədir və Liz Trassın siyasi perspektivlərinə necə təsir edəcək?
Sentyabrın 23-ündə Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Kvazi Kvartenq yeni Baş nazir Liz Trassın təklif etdiyi iqtisadi islahatlar strategiyasını təqdim edib. Bu strategiya digər məsələlərlə yanaşı, irimiqyaslı vergilərin, o cümlədən əhali üçün sosial müavinətlərin azaldılmasını nəzərdə tutur.
Hökumətin təşəbbüslərinə həmçinin ev satışından alınan haqların aşağı salınması və korporativ vergi dərəcəsinin artırılması planından imtina daxildir. Bütövlükdə plan vergi güzəştləri və islahatlar vasitəsilə iqtisadiyyatı gücləndirməkdən ibarətdir. Tənqidçilər təklif olunan layihədən ən çox cəmiyyətin imtiyazlı üzvlərinin faydalanacağını və bu tədbirlər nəticəsində varlı ilə kasıb arasındakı uçurumun genişlənəcəyini deyirlər.
"Böyük ağılsızlıq"
"İqtisadi durğunluq dövrü vergi yükünün 1940-cı illərin sonundan bəri ən yüksək həddə çatması ilə nəticələnib", – deyə Kvartenq islahat planını elan edərkən vurğulayıb. "Biz bu dövrü qırmaqda qərarlıyıq. Budur ki, inkişafa əsaslanan yeni dövr üçün bizə yeni yanaşma lazımdır".
Bəzi ekspertlər Kvartenqin bəyanatını Britaniya Mühafizəkarlar Partiyasının siyasətinin tənqidi hesab ediblər. Hakim partiyanın üzvləri olan Trass və Kvartenq öz planlarını "inkişaf strategiyası" adlandırırlar. Leyboristlər Partiyasının nümayəndəsi olan kansler Reyçel Rivz isə mühafizəkarların planını "bütün ölkə vətəndaşlarının maliyyəsinin təhlükə altında olduğu bir kazinoya" bənzədib.
Trassın partiya yoldaşları da plana fərqli reaksiya veriblər. "Bu, ya ölkəni xilas edəcək parlaq bir addımdır, ya da iqtisadiyyatı partladacaq bir səhv", – onlardan biri "The Guardian"a verdiyi müsahibədə söyləyib.
Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri hesab edirlər ki, İngiltərə hökumətinin təklif etdiyi tədbirlər qiymət artımı problemini daha da qabardacaq. Bazar Liz Trassın qərarına kifayət qədər birmənalı reaksiya verib. Funt sterlinq sentyabrın ortalarında 1.16 dollardan 1.03 dollara düşüb. Sonuncu dəfə belə bir düşmə 1985-ci il martın 1-də, dolların devalvasiyası ilə bağlı beynəlxalq razılaşma ərəfəsində qeydə alınıb. İndi də İngiltərə funtu kifayət qədər aşağı səviyyədə olaraq qalır.
Baş nazirin ideyası "reyqanomika"nın mərkəzində dayanan ideyaya bənzəyir, ona görə ki, uzunmüddətli perspektivdə vergi endirimləri vasitəsilə pulun azad edilməsi biznes sahibləri və yüksək gəlirli şəxslər tərəfindən daha çox investisiyaya səbəb olacaq. Bu, məhsuldarlığı, eləcə də iqtisadi artımı gücləndirmək məqsədini daşıyır.
Tənqidlərə baxmayaraq, Liz Trass planının iqtisadi artıma və inflyasiyanın aşağı düşməsinə səbəb olacağını israr edib və geri çəkilmək niyyətində olmadığını deyib. Çərşənbə günü, oktyabrın 12-də İcmalar Palatasında keçirilən iclasda o, Böyük Britaniya vətəndaşları üçün vergilərin səviyyəsinin "qlobal iqtisadi tənəzzül fonunda son 70 ilin ən yüksək səviyyəsi" olmaması üçün hər şeyi edəcəyini və həmçinin dövlət xərclərini azaltmayacağına, vəsaitlərin "düzgün bölüşdürülməsi" hesabına dövlət borcunun səviyyəsini azaltmağa söz verib.
İlkin olaraq Trass hökuməti 45% vergi ödəməli olan ən yüksək vergi bəndini ləğv edərək ən çox qazananların vergilərini azaltmağı planlaşdırıb. Bu fikir son dərəcədə mənfi ictimai reaksiyadan sonra Kvazi Kvartenq tərəfindən rədd edilib. Bununla belə, planın qalan hissəsi, o cümlədən ildə 45 milyard funt-sterlinq vergilərin azaldılması və müxtəlif sənaye sahələrinin tənzimlənməsinin dayandırılması hələ də qüvvədədir.
Yeni Tetçer
Liz Trass – Mühafizəkarlar Partiyasının üzvüdür və 20 il əvvəl deputat, sonra isə nazir olub. 2012-ci ildə Trass ölkənin keçmiş maliyyə naziri Kvazi Kvartenq də daxil olmaqla, dörd partiya yoldaşı ilə birlikdə "Azad edilmiş Britaniya. Qlobal inkişaf və rifah dərsləri" adlı kitab buraxıb. Kitabda libertar fikirlər təbliğ olunurdu, hansılar ki Britaniyanı "Millətlər Superliqası"nı yaratmağa çağırırdı.
O vaxtdan bəri Trassın fikirlər çox az dəyişib. "Financial Times"a görə, o, libertar ideologiyanın tərəfdarı olub və Mühafizəkarlar Partiyası mövqeyi dəyişərək sosial məsələlər baxımından Trassın mövqeyinə yaxınlaşıb.
2016-cı ildə Trass "Brexit"ə kəskin qarşı çıxaraq, təkbaşına onun ətraf mühitin mühafizəsində "kobud reqressiv addım" olacağını və Böyük Britaniya iqtisadiyyatı üçün "boş keçən onilliyə" gətirib çıxara biləcəyini deyib.
Seçki ərəfəsində Trass vergiləri azaltmağa və "köhnəlmiş" Avropa İttifaqı qanunlarını ləğv edəcəyinə söz verib. Keçmiş Baş nazir sağçı baxışlarına görə mütəmadi olaraq Marqaret Tetçerlə müqayisə edilir və Trass özü də "Dəmir Ledi"ni ölkə tarixinin ən görkəmli siyasətçilərindən biri adlandırır. Misal üçün, televiziya verişlərinin birində Trass 1979-cu il seçki kampaniyası zamanı Tetçerin obrazını demək olar ki, tam olaraq təkrar edib.
Trassın strategiyası Britaniya iqtisadiyyatına necə təsir göstərib?
Kvartenqin yeni strategiyasını elan etməsi investorların vergilərin azaldılması və ev təsərrüfatlarının enerji xərclərinə subsidiyaların daha çox borc almasına səbəb olacağı ilə bağlı qorxuları fonunda Britaniya dövlət istiqrazları üzrə tələb olunan gəlirləri artırıb. Bu, ölkənin pensiya fondlarına və sığorta şirkətlərinə təzyiq yaradıb. Onları çətin vəziyyətdən çıxarmaq üçün İngiltərə Bankı təcili olaraq müdaxiləyə əl atmalı və istiqrazların planlaşdırılmış satışı əvəzinə onları 65 milyard funt sterlinq məbləğinə almaq proqramına başlamalı olub.
10 illik qiymətli kağızlar Kvartenqin elanından sonra kəskin şəkildə yüksəlib və İngiltərə Bankının müdaxiləsindən sonra oktyabrın 7-də təxminən 4.05%-ə enməzdən əvvəl 3.5%-dən 4.3%-ə yüksəlib. Bu cür dinamika investorların borc öhdəliklərinə sahib olmaq istəmədiklərindən xəbər verir. İngiltərə bankı cümə günü istiqrazların alış kampaniyasını dayandırmaq niyyətini təsdiqlədikdən sonra funt yenidən ucuzlaşıb.
Bu azalma fonunda Britaniya Pərakəndə Satış Konsorsiumu ərzaq qiymətlərinin keçən aydakı 9.3% ilə müqayisədə rekord 10.6%-ə qədər artdığını açıqlayıb. Qeyd etmək vacibdir ki, iqtisadi proseslər hakim partiyanın nüfuzunun azalması ilə müşayiət olunub.
"Guardian"ın baş siyasi şərhçisi Endrü Ronsli bunu belə izah edir: "Əgər Conson mühafizəkarlar üçün yavaş təsir edən zəhər idisə, Liz Trass ani təsirə malik sianiddir".
Problem yalnız Trassdadır mı?
Son 10 il İngiltərə iqtisadiyyatı üçün çox çətin olub. 2007-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Böyük Britaniyada məhsuldarlıq artımı və müvafiq olaraq iqtisadi dirçəliş son 250 ildə ən aşağı səviyyəyə enib.
Hələ sentyabrın 12-də "Nomura" və "Deutsche Bank"ın analitikləri deyirdilər ki, kraliçanın ölümü və 19 sentyabrda dəfn mərasimi ilə bağlı matəm ölkə iqtisadiyyatını cari rübdə tənəzzülə salmaq üçün kifayət edə bilər.
Böyük Britaniya iqtisadiyyatı artıq onilliklər ərzində ən yüksək inflyasiya səviyyələrindən birini yaşayıb – İngiltərə Bankı faiz dərəcələrini yeddi dəfə artıraraq borc almağı getdikcə bahalaşdırıb.
Və nəhayət, Böyük Britaniya 2016-cı ildə yenidən Avropa İttifaqından çıxmağa səs verməsinə və keçidi 2020-ci ildə tamamlamasına baxmayaraq, bu qərarın təsiri bu gün də hiss olunur. İnvestorlar hələ də Böyük Britaniyanın Aİ-dən çıxdıqdan sonra maliyyə cəhətdən necə sağ qalacağını düşünürlər. Bəzi araşdırmalara görə, Böyük Britaniyada inflyasiyanın və yaşayış qiymətlərindəki böhranın əsas səbəbi məhz "Brexit"dir.
Dörd ssenari
"Deutsche Bank" Liz Trassın böyümə planına baxmayaraq, Böyük Britaniya iqtisadiyyatının 2024-cü ilə qədər zəif qalacağını proqnozlaşdırır. Bu həm də COVID-19 və Rusiyanın Ukraynada apardığı müharibənin nəticələri ilə bağlıdır.
Daha əvvəl adları açıqlanmayan mühafizəkar deputatlar "Spectator"a vəziyyətin inkişafının dörd mümkün ssenarisindən danışıblar: Liz Trass gələn ilə qədər baş nazir postunda qalacaq; onu Sacid Cavid və ya Qrant Şapps kimi kompromis fiqur əvəz edəcək; yeni Baş nazir Trassın rəqibi Rishi Sunak olacaq; Boris Conson əvvəlki yerinə qayıdacaq.
Göründüyü kimi, deputatların uzaqgörənliyi doğru çıxıb və Liz Trass bu gün, oktyabrın 20-də istefa verdiyini açıqlayıb. / banker.az

Maraqlı     Tarix: 20 oktyabr 2022

Oxşar xəbərlər

Dünya iqtisadiyyatı nə ticarət müharibəsinə, nə də süni intellekt qorxularına məhəl qoyur – The Economist

Altı ay əvvəl ABŞ prezidenti Donald Tramp misilsiz dərəcədə aqressiv ticarət müharibəsi elan etdikdə, şirkətlər və investorlar kəskin iqtisadi tənəzzülə hazırlaşırdılar. Maliyyə bazarlarının dinamikası dərin resessiyaya işar

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr

"Counterpoint Research" şirkətinin "China, US Q3 2025 Weekly Smartphone Sell-Out Tracker" hesabatına əsasən, iPhone 17 seriyası satışa çıxdığı ilk 10 gün ərzində Apple-ın əsas bazarları olan ABŞ və Çind

Dünyanın TOP-5 bahalı geyim şirkətləri

Moda təkcə özünü ifadə etmə üsulu deyil, o, həmişə statusu göstərmək üçün bir yol olmuşdur. məlumat verir ki, paltar sahibinin gəlir səviyyəsi, üslubu və zövqü haqqında çox şey deyir. Dünyanın ən bahalı geyim şirkətləri il

Tələbələr üçün onlayn pul qazanmağın yolları

Tələbə büdcəsi ilə yaşamaq, artan yaşayış xərcləri əlavə gəlirlər tələb edə bilər. Onlayn pul qazanma yolları mümkündür. Üstəlik, bu işlərin çoxunu sadəcə bir kompüter, telefon və internet bağlantısı ilə görmək mümkündür

Kiçik Çin adası necə kimya sənayesində dünya liderinə çevrildi

Çinin sənaye potensialını qiymətləndirmək üçün ölkənin şimal-şərqində yerləşən Çanxin adasına baş çəkmək kifayətdir. Burada, Bohay körfəzindəki sahil zolağında nəhəng istehsal maşınının bir "diyircəyi" sayılan neft-kimy

AZPROMO və Dünya İqtisadi Forumu tərəfdaşlıq sazişi imzalayıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Sazişi imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025

Kamran Məmmədov ilə müsahibə

Kamran Məmmədov kimdir? Qısaca özünüz haqqında məlumat verin. Mən Kamran Məmmədov - sahibkar, brend strategiyası üzrə təlimçi və rəqəmsal həllər yaradan bir qurucuyam. Son illər əsas fəaliyyətim şəxsi brendləşmə, texnoloj

Green Card nədir və onu necə əldə etmək olar?

Amerika Birləşmiş Ştatları ölkə əhalisinin mədəni müxtəlifliyini artırmaq üçün 1990-cı ildə rəsmi olaraq Green Kart Lotereyasını (Müxtəliflik İmmiqrant Viza Proqramı) tətbiq etdi. Cəmiyyətdə Yaşıl Kart kimi tanınan "Daim

Microsoft, Google Çin təchizat zəncirinə olan asıllıqlarını azaldır

Microsoft, Amazon Web Services (AWS) və Google, artan ABŞ-Çin gərginlikləri səbəbindən təchizat zəncirlərində Çin asılılığını azaltmaq səylərini sürətləndirir. xəbər verir ki, Microsoft, təchizatçılarından Surface noutbukları


iqtisadi xeberler depozit faizleri leobank kart dollar kursu valyuta mezennesi