"Apple Pay" və "Google Pay" xidmətlərinə qoşulduqdan sonra "AFB Bank"da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

®Daima inkişafda olan "AFB Bank" ötən aylarda "Apple Pay" və "Google Pay" xidmətlərini də aktivləşdirərək bu sistemə qoşulan Azərbaycan bankları siyahısına daxil olub. 
Sevindirici haldır ki, hər iki xidmət müştərilər tərəfindən rəğbətlə qarşılanıb, həm əməliyyat sayında, həm də qeyri-nağd dövriyyədə nəzərəçarpan artımlar olub. 
Belə ki, bu xidmətlər aktivləşdikdən sonra qeyri-nağd kart dövriyyəsi ümumilikdə 52% artaraq 24.5 milyona manata çatıb. Bu, bankın statistikasında rekord göstəricidir. "Apple Pay" və "Google Pay" xidmətlərinin aktivləşməsi bankın mobil tətbiqinin də yükləmələrinin sayını artırıb. Məsələn, təkcə Android istifadəçilərinin sayı 10%-ə yaxın çoxalıb. 
Məlumat üçün bildirək ki, "Apple Pay" və "Google Pay" elektron cihazlar vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu istənilən məntəqədə asanlıqla ödəniş etməyə imkan verir. Müştərilərin xidmətə maraq göstərmələrinin digər səbəbləri də karta fiziki ehtiyacı aradan qalxması, ödənişlərin saniyələr içində rahat şəkildə edilməsi və tam təhlükəsiz olmasıdır.
 "AFB Bank" kartları üçün bu xidməti aktivləşdirmək istəyən şəxslər bankın tətbiqi vasitəsilə bunu edə bilərlər. Həmçinin cihazın əməliyyat sisteminə uyğun olaraq "Apple Wallet" və "Google Wallet" tətbiqlərindən də xidmətə qoşulmaq mümkündür.
"AFB Bank"ın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 23 iyun 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin valyuta mezennesi leobank kart dollar məzənnəsi