Aqrar sahəyə verilən kreditlər ilə bağlı mühüm DƏYİŞİKLİK - Yeni "kənd təsərrüfatı krediti" anlayışı

Aqrar sahəyə verilən kreditlər ilə bağlı mühüm DƏYİŞİKLİK - Yeni Sosial-iqtisadi inkişafın ayrılmaz hissəsi olan kənd təsərrüfatının artım hədəflərinə nail olunmasına dəstək göstərilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən bankların fəaliyyətini tənzimləyən əsas aktlarda dəyişikliklər edilib.
Marja.az-ın məlumatına görə, bu dəyişikliklər "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması" Qaydası, "Bank kapitalının və onun adekvatlığının hesablanması" Qaydaları, "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair" Qayda və "Banklarda kredit risklərinin idarə edilməsi" Qaydasında aqrar sahənin xüsusiyyətləri və potensial risklərinin minimallaşdırılması ilə bağlı tələbləri özündə əks etdirən aşağıdakı istiqamətləri əhatə edir:
Kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə "kənd təsərrüfatı krediti" anlayışı və borcalanlar üzrə meyarlar daxil edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər "kənd təsərrüfatı krediti" anlayışına aid edilmişdir. Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcəkdir. Əlavə olaraq, anlayışa aid edilməsi üçün kənd təsərrüfatı subyektinə müvafiq elektron informasiya sistemində qeydiyyatının və bu sahədə müəyyən təcrübəsinin olması kimi meyarlar müəyyənləşdirilmişdir.
Eyni zamanda, kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə kəndli təsərrüfatları da daxil edilmişdir.
Kənd təsərrüfatı kreditlərinin xüsusiyyətləri, o cümlədən mövsümilik faktoru nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyatlanma tələbləri tətbiq edilmişdir.
Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilmişdir. Mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri 75%-li risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilmiş kənd təsərrüfatı kreditləri 100% risk qrupuna aid edilmişdir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilmiş kənd təsərrüfatı kreditləri isə 50% mövcud risk qrupunda saxlanılmışdır. Eyni zamanda, dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanətinin qeyd-şərtsiz təmin olunmuş hissəsi 20%-li risk qrupuna aid edilmişdir. Bu da, öz növbəsində, digər kreditlərlə yanaşı fondların hər hansı biri üzrə zəmanəti olan kənd təsərrüfatı kreditlərinə də bankların marağını artıracaqdır;
Kənd təsərrüfatı kreditləri üzrə xüsusi anderraytinq, restrukturizasiya, monitorinq və kredit inzibatçılığı tələbləri müəyyənləşdirilmişdir. Bu növ kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əlavə tələblər (aqrar sığortanın olması) və kredit dosyesi üçün əlavə sənədlər, restrukturizasiya olunmuş kənd təsərrüfatı kreditləri üzrə təsnifləşdirmə tələbləri müəyyən edilmişdir. Kredit inzibatçılığı ilə bağlı bu növ kreditlər üzrə ödəniş cədvəlində sahibkarlıq subyektinin fəaliyyət sikli və mövsümi xüsusiyyətlərinin nəzərə alınması, bankın kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi tələblərinin əhatə edilməsi və bu kreditlərin monitorinqi üzrə tələblər təyin edilmişdir.
"Tətbiq edilən dəyişikliklərin bankları kənd təsərrüfatı sektorunun kreditləşməsində aktiv iştiraka təşviq edəcəyi gözlənilir. Beləliklə də, aqrar sənayedə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi maliyyə inklyüzivliyinə və iqtisadi dayanıqlılığa əhəmiyyətli töhfə verəcəkdir",- Mərkəzi bank bildirir.
Kənd təsərrüfatı üzrə yuxarıda qeyd edilən tələblərdən əlavə olaraq real sektorun kreditləşməsini və dayanıqlı inkişafını dəstəkləyən digər tənzimləyici dəyişikliklər də edilmişdir. Belə ki, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilmişdir. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilmişdir. Bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcəkdir. Həmçinin ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri yumşaldılmış, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılmışdır.
İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılmışdır. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilmişdir.
Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsaitlərinin iqtisadi artımda effektiv rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır.

Banklar     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar


iqtisadi xeberler biznes qurmaq biznes ideyalari avtomobil xeberleri internetden pul qazanmaq