Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb - MƏBLƏĞLƏR

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb - MƏBLƏĞLƏRAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmində aqrar sığorta ekspertləri üçün nəzərdə tutulan xidmət haqları artırılıb.
Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının 2024-cü il 13 mart tarixli qərarı ilə ekspertlərə ödənilən xidmət haqları 7,5% artırılıb. Yeni qərarla ekspertlərin fəaliyyət göstərdiyi bütün istiqamətlərdə - bitkiçilik, heyvandarlıq, akvakultura məhsulları üzrə xidmət haqları yüksəldilib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Belə ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi zamanı 1 gün ərzində 1 sığorta müqaviləsi üzrə 27 manat, sonrakı hər müqavilə üzrə 13 manat xidmət haqqı nəzərdə tutulub. Əkin sahələri üzrə zərərin qiymətləndirilməsi zamanı isə 1 gün ərzində 1 sığorta hadisəsi üzrə ödəniləcək məbləğ 67,2 manat, sonrakı hər müqavilə üzrə 54 manat nəzərdə tutulub. 
Kənd təsərrüfatı heyvanlarının sığortası zamanı riskin qiymətləndirilməsi üzrə baza məbləğləri 21 manat, 60 manat və 115 manata qaldırılıb. Kənd təsərrüfatı heyvanlarının sığortasında zərərin qiymətləndirilməsi üzrə 1 baş heyvana görə ödəniləcək məbləğ 33 manat müəyyən edilib. 
Akvakultura məhsullarının (balıqçılıq təsərrüfatlarının) sığortası üzrə məbləğlər isə risk qiymətləndirməsi üzrə 67,2 manat, zərər qiymətləndirməsi üzrə isə 107,5 manata qaldırılıb. 
Xatırladaq ki, aqrar sığorta ekspertləri təsərrüfatlara baxış keçirir, sığortalanan təsərrüfatlarda riski qiymətləndirir, zərər baş verdikdə isə dəymiş zərəri hesablayırlar. Bu xidmətlərə görə ekspertlərə xidmət haqqı və yol pulu ödənilir. Xidmət haqları hesabına Azərbaycanda aqrar sığorta ekspertlərinin aylıq gəlirləri 1000-2000 manatdan başlayır. 
Aqrar sığorta eksperti olmaq istəyən şəxslər Aqrar Sığorta Fondunda müvafiq təlimləri və Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanı müvəffəqiyyətlə keçməlidir. Hazırda Aqrar Sığorta Fondu aqrar sığorta eksperti olmaq üçün müaciətlərin qəbulunu elan edib. Müvafiq ixtisası olan şəxslər təlimlərə qatılmaq üçün Fondun rəsmi emalinə ([email protected]) və ya 1651 nömrəsinə müraciət edə bilərlər.  / marja.az

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri