Aqrar Sığorta Fondu sığorta ödənişlərini açıqladı – MƏBLƏĞLƏR, SAHƏLƏR, BÖLGƏLƏR
Azərbaycanda kənd təsərrüfatı risklərini sığortalayan və fermerlərə dəyən zərərləri kompensasiya edən Aqrar Sığorta Fondu yanvar-sentyabr ayları üzrə ödənişlərini açıqlayıb.
Fondun məlumatına görə, cari ilin ilk 9 ayında aqrar sığortanın əhatə dairəsinə daxil olan həm bitkiçilik, həm də heyvandarlıq sahəsi üzrə çoxsaylı sığorta hadisələri qeydə alınıb və müvafiq ödənişlər edilib.
Hesabat dövründə bitkiçilik sahəsi - taxıl və pambıq sahələri, meyvə bağları və sair əkinlər üzrə yüzlərlə sığorta hadisəsi qeydə alınıb. Respublikanın 24 bölgəsində qeydə alınmış hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 783 min 787 manat sığorta ödənişləri edilib.
Ən çox ödənişlər pambıq, arpa və buğda sahələri üzrə həyatakeçirilib. Fındıq bağları və qarğıdalı sahələri üzrə də hadisələr qeydə alınıb və dəyən zərərlər üzrə ödəniş həyata keçirilib.
Hesabat dövründə ən çox sığorta ödənişi edilən bölgələr Ağdam, Şəki, Ağcabədi, Yevlax, İsmayıllı, Şamaxı, Zaqatala, Goranboy, Bərdə və başqaları olub.
Xatırladaq ki, Aqrar Sığorta Fondu hazırda 41 bitki üzrə ümumilikdə 48 bitkiçilik məhsullarının 28 risk üzrə sığortasını həyata keçirir. Bitkiçilikdə sığorta haqları bitkinin növü, əkin sahəsininyerləşdiyi region, məhsuldarlıq, məhsulun qiyməti və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir.
2023-cü ilin ilk 9 ayında Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış heyvandarlıq təsərrüfatları üzrə 131 hadisə qeydə alınıb, tələf olan və ya məcburi kəsimə verilən 138 baş heyvan üzrə ümumilikdə 624 min 495 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük və ətlik mal-qara (inək, dana və camışlar), eləcə də xırda buynuzlu heyvanlar (qoyun və keçilər) sığortalanır.
Heyvanların sığortası üzrə sığorta haqları heyvanın növündən və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir.
Qaydalara əsasən, əkin sahəsi və heyvanların sığortası zamanı fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» və «Heyvandarlıq kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Kriptovalyuta nədir və necə alınır?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
ƏDV geri al və onun üstünlükləri
Dropshipping nədir?