Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
Son günlər respublikanın müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar (canavar və s.) təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aqrar Sığorta Fondu (ASF) fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Belə ki, bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.
Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən: təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.
Təsərrüfatlarını sığortalayan fermerlər artıq aqrar sığortanın faydalarını görməkdədirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə ümumilikdə 3,5 milyon manat zərər ödənişi həyata keçirilib və bu rəqəm hər gün artmaqdadır. Təkcə bu ilin ilk 4 ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib.
ASF fermerləri dövlətin yaratdığı bu imkandan yararlanmağa, heyvanlarını çoxsaylı risklərdən qorumaq üçün sərfəli şərtlərlə sığortalamağa çağırır.
Heyvandarlıq məhsullarının sığorta şərtləri və tarifləri ilə Fondun rəsmi internet səhifəsinin "Heyvandarlıq məhsulları" bölməsində ətraflı tanış olmaq, sığorta haqlarını isə "Heyvandarlıq kalkulyatoru" vasitəsilə hesablamaq olar.
Əlavə məlumat üçün ASF-nin sosial şəbəkə hesablarını izləyə və ya 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Təsərrüfatı sığortalamaq üçün 1651 nömrəsinə müraciət etmək kifayətdir. / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət