Aqrar Sığorta Fondunun Naxçıvan filialı fəaliyyətə başlayıb

Aqrar Sığorta Fondunun Naxçıvan filialı fəaliyyətə başlayıbNaxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fermer və təsərrüfatlar filialın xidmətlərindən istifadə etməklə aqrar sığorta mexanizminin üstünlüklərindən yararlana biləcəklər. 
Filialın açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatının inkişafına dövlət dəstəyi barədə məlumat verib, aqrar sığorta mexanizminin bu dəstək formalarından biri olduğunu bildirib. Nazir müavini qeyd edib ki, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan verəcək, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə daha çox töhfə veriləcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova Muxtar Respublikada aqrar sığortanın tətbiqinin fermerlər üçün çoxdan gözlənilən mühüm yenilik olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan bu bölgədə tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa və sair hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Zərərlərin qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır. 
Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırda buynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər. 
R.Əmircanov qeyd edib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən bu günə qədər müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 12 milyon manatdan artıq sığorta ödənişi edilib və bu məbləğ hər gün artmaqdadır. 
Açılış mərasimində çıxış edən "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Fondun Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də öz taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. E. Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür. 
Tədbirdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar. Açılış mərasimindən sonra tədbir iştirakçıları Aqrar Sığorta Fondunun Naxçıvan filialı ilə tanış olublar. Burada onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib. 
Qeyd edək ki, Naxçıvan şəhərinin İstiqlal küçəsi, 115 ünvanında fəaliyyət göstərən filial muxtar respublikanın bütün ərazisindəki fermer və təsərrüfatlara xidmət göstərəcək. 
Naxçıvan filialı Aqrar Sığorta Fondunun bölgələrdəki sayca 7-ci filialıdır. Buna qədər Fondun Quba, Cəlilabad, Göyçay, Şəki, Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb.  / marja.az

Banklar     Tarix: 13 dekabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler emlak xeberleri en son xeberler dollar manat kursu pul qazanmaq