"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin xalis mənfəəti azalıb

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 2023-cü ili 57 min 194 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 170 min 150 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın azalıb.
Marja.az xəbər verir ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin cəmi gəlirləri 2022-ci ildə 17 milyon 504 min manat ikən, 2023-cü ildə 11 milyon 381 min manata düşüb. Yığılan sığorta haqları isə 13 milyon 773 min manatdan 16 milyon 873 min manata yüksəlib. Cəmi gəlirlərdə azalma ehtiyata 8 milyon 304 min manat ayırma ilə əlaqədar olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2023-cü ildə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin sığorta ödənişləri 1,8 dəfə artaraq 4 milyon 406 min manat təşkil edib. 2022-ci ildə şirkətin sığorta ödənişləri 2 milyon 396 min manat olmuşdu. 
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Aqrar Sığorta Fondunu idarə edir.  Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən  qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici Şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti ("Azərbaycan Sənaye Sığorta" ASC, "AzSığorta" ASC, "Bakı Sığorta" ASC, "Xalq Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC, "PAŞA Sığorta" ASC) tərəfindən bərabər paylarla təsis edilib.

Banklar     Tarix: 11 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti