"ArchiCO Engineering Company" və Avstriyanın "Doppelmayr Seilbahnen G.m.b.H" şirkəti arasında müqavilə imzalandı
Prezident İlham Əliyev tərəfindən mayın 27-si təməli qoyulmuş "Laçın Kanat Yolları" nın layihələndirilməsi və tikintisi "ArchiCO Engineering Company" tərəfindən həyata keçirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Marja" xəbər verir ki, şirkət bununla bağlı yeni müqavilə imzalayıb.
Avstriyanın "Doppelmayr Seilbahnen G.m.b.H" şirkəti ilə avadanlıqların alışı ilə bağlı müqavilə imzalayan "ArchiCO Engineering Company" nin bu, Azərbaycanda inşa edəcəyi 11-ci kanat xətti layihəsidir.
Azərbaycanın aparıcı şirkətlərindən olan "ArchiCO Engineering Company" hal-hazırda Ruminiya, Özbəkistan və İraqda rəsmi olaraq fəaliyyət göstərir.
Şirkət Azərbaycandan kənarda dağ-xizək turizmi sənayesi üzrə, kanat yollarının və süni qaryaratma sistemlərinin layihələndirilməsi və tikintisini, həmçinin su və kanalizasiya sistemlərinin yenidənqurulması sahəsində uğurlu layihələr həyata keçirir.
Xatırladaq ki, "ArchiCO Engineering Company" ölkəmizdə "Bakı Zooloji Parkı", "Şahdağ Turizm Kompleksi", "Neftlə çirklənmiş torpaqların bərpası" kimi bir çox layihələrin icrasını uğurla tamamlamışdır. / marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes planı necə yazmaq lazımdır?