ASA-nın icraçı direktoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmed Elyasov ilə görüşüb.
ASA-dan verilən məlumata görə, görüşdə Azərbaycan-Türkmənistan dövlətləri arasında müxtəlif sahələr üzrə mövcud olan qarşılıqlı münasibətlərə toxunulub və iki ölkə arasında sığorta sahəsində qarşılıqlı əlaqələrin ilk dəfə qurulacağı vurğulanıb.
ASA-nın icraçı direktoru Elmar Mirsalayev səfirə sığorta sahəsində görülən işlər, nailiyyətlər və sektorun beynəlxalq əlaqələri haqda məlumat verib. İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk respublikasının sığorta birliklərinin üzvlüyü ilə qurulan, habelə yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının himayəsinə daxil olacaq Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.
Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmed Elyasov sığorta xidmətlərinin vacibliyinə toxunaraq bu istiqamətdə görülən işləri, o cümlədən Türk Dünyası Sığorta Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkmənistanın sığorta sektoru arasında əlaqələrin qurulması yönündə razılıq əldə olunub.
/ marja.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Mcdonalds françayzinqi neçiyədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Biznes nədir və hansı növləri var?