ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı
Bu barədə məlumatı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli ASA-da sığorta agentləri ilə görüş zamanı bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasında sığorta agentləri ilə görüş keçirilib. Görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin, qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.
Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA tərkibində "Sığorta agenti" və "Sığorta brokeri" adlı iki işçi qrupunun yaradıldığını elan edib.
Qeyd edək ki, hazırda ASA tərkibində şirkət rəhbərliklərinin təmsil olunduğu "Həyat sığortaçılığı" və "Qeyri-həyat sığortaçılığı" komitələri, o cümlədən, müvafiq sahə mütəxəssislərinin üzv olduğu 20-yə yaxın işçi və ekspert qrupları fəaliyyət göstərir.
/ marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları