ASF: Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir

ASF: Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədirAqrar Sığorta Fondundan (ASF) verilən məlumata görə, ilin əvvəlindən indiyədək bitkiçilik üzrə sığorta hadisələrilə bağlı daxil olmuş 599 müraciət əsasında 4500-ə yaxın təsərrüfatda təxminən 70000 hektar əkin sahəsinə baxış keçirilib.
Azərbaycan ərazisində son 7 ayda müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, sel, subasma və digər hallar bölgələrdə əkin sahələrinə ciddi zərər vurub.
Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri zərər dəymiş əkin sahələrində olublar, fermerlərlə görüşlər keçirib, onların müraciətlərini dinləyiblər.
Qeyd edək ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndirilib. Hadisədən dərhal sonra əkin ərazilərinə baxış keçirilib, sənədlərin uyğunluğu yoxlanılıb, dəyən zərər ilkin olaraq qiymətləndirilib. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni, fermerin sahədən gözlədiyi məhsuldarlıqla real olaraq əldə edilən məhsuldarlıq arasında fərq dəqiqləşdirilir.
Zərərə görə sığorta ödənişləri fermerlər tam məhsulu biçdikdən sonra olunacaq. Hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət edilib və hadisənin baş verməsi barədə onların da rəyləri alınmaqdadır.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələrinə zərər verə biləcək xeyli sayda risklərdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik kalkulyatoru" bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Maliyyə     Tarix: 27 iyul 2022

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari