Assosiasiya: Satışda olan zərgərlik məhsullarının 60-65 %-i Azərbaycan istehsalıdır
Hazırda Azərbaycanda satışda olan zərgərlik məhsullarının 60-65 %-i yerli istehsal olan məmulatlardır.
Azərbaycanda zərgərlik məmulatlarının istehsalı üçün dəzgahların idxalına vergi güzəşti uzadılıb
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyətinin sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
"Ölkəmizə qiymətli metallar və qiymətli daşlar əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya və Çindən idxal edilir. Eyni zamanda Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı araşdırmalara əsasən, bazarda təqdim olunmuş, satışda olan zərgərlik məhsullarının 60-65 % Azərbaycan istehsalıdır. Bu da onun göstəricisidir ki, Azərbaycan istehsalı olan zərgərlik məmulatları idxal olunan məhsullardan heç də aşağı keyfiyyətdə deyil", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın ixrac bazarları getdikcə genişlənir: "Bizim məmulatların Türkiyə, BƏƏ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya kimi ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var. Qeyd olunan ölkələrdə Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Azərbaycan istehsalçıları "AzerGold" QSC-dən qızıl alaraq zərgərlik məmulatları hazırlayır və ixrac edirlər. Bir sıra istehsalçılar dövlət şirkəti tərəfindən xammalla təchiz olunurlar. Azərbaycan zərgərlik məmulatlarının ixrac həcmi getdikcə artır. Yerli istehsal olan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində rol oynaması vacib amillərdən biridir".
R.Əmircanov əlavə edib ki, 2023-cü ildə hazır zərgərlik məmulatlarının ixrac həcmi 12 milyon manat olub: "Bu göstərici xam qızılın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın və gümüşün ixracı 357 milyon manat təşkil edib" (Report).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?