Avro 4 ayın ən yüksək səviyyəsində: Dollar ucuzlaşmaqda davam edir
Almaniyanın 500 milyard avroluq (539,85 milyard dollar) infrastruktur fondu təklifindən və borclanma limitlərinə planlaşdırılan dəyişikliklərdən sonra, Avropa istiqrazlarının gəlirliliyi yüksəldiyi üçün avronun qiyməti bu gün dollar qarşısında dörd ayın ən yüksək səviyyəsini qalxıb.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanada və Meksikadan avtomobil idxalına tətbiq etdiyi gömrük rüsumlarını bir aylıq təxirə salması ABŞ dollarını əsas valyutalar qarşısında ucuzlaşmasına səbəb olub.
Riskə həssas olan funt sterlinq və Avstraliya dolları bu proseslərdən faydalanıb, Britaniya funt sterlinqi son dörd ayın ən yüksək həddinə çatıb. Avstraliya dolları ölkədə güclü iqtisadi artım və ən böyük ticarət tərəfdaşı olan Çində əlavə stimul vədlərindən dəstək alaraq həftənin ən yüksək səviyyəsinə yüksəldib.
Avro/Dollar məzənnəsi 1,0805 dollara çatıb. Məzənnə noyabrın 8-dən bəri ilk dəfə 1,0805-i görüb. Avro bu həftə təxminən 4% dəyər qazanaraq 2020-ci ilin mart ayından bəri ən yaxşı həftəlik performansını göstərib. Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı (bu gün) verəcəyi faiz qərarı bazarlar tərəfindən yaxından izlənəcək. AMB-nin faizlərini 0,25 faiz bəndi azaldacağı gözlənilir.
Sterlinq 1,2906 dollara qədər bahalaşıb ki, bu da noyabrın 11-dən bəri ən yüksək göstəricidir.
ABŞ dolları indeksi 104.17-yə düşüb və noyabrın 8-dən bəri ən aşağı səviyyəyə geriləyib.
Digər tərəfdən, dollar, təhlükəsiz "sığınacaq" olaraq görülən Yapon yeni qarşısında 0,2% dəyər qazanaraq 149,17 yenə yüksəlib.
Avstraliya dolları 0,1 faiz bahalaşaraq 0,6345 dollara çatıb ki, bu da fevralın 26-dan bəri ən yüksək göstəricidir. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları