Avro daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

Avro daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞABŞ-da illik inflyasiya 3.7%-lə proqnozların üzərində  açıqlandıqdan sonra dünən DXY-də artım tendensiyası bir qədər də aqressivləşib. Orta hesabla dollar major valyutalar qarşısında 1%-ə yaxın bahalaşaraq 105.50 bəndə yüksəlib.
ECB-nin faiz dərəcələrindəki 25 bəndlik artımı və ABŞ-dan İstehsal Qiymətləri İndeksi (PPI) və pərakəndə satış dövriyyəsinin həcminə dair göstəricilər də DXY-dəki yüksəlişin davamını təmin etdi. 
Dünən ABŞ-da açıqlanan istehsal qiymətlərindəki inflyasiya məlumatları FED-in gələn həftə faiz dərəcələrini sabit saxlayacağına dair gözləntiləri dəyişməsə də, AMB-nin faiz artırma qərarından sonra EUR/USD en son iyun ayında görülən minimumları test etdi.
ABŞ PPİ aylıq müqayisədə 0.7% artaraq 0.4%-lik proqnozları üstələdi. Bundan əlavə, pərakəndə satış dövriyyəsinin həcmi aylıq 0.6% artımla ehtimalların üstündə açıqlandı. ABŞ-da iqtisadi fəallığın canlı qaldığını göstərən məlumatlar dollar indeksinin yüksəlişinə təkan verdi.
USD/JPY Yaponiya Mərkəzi Bankının mənfi faiz siyasətinə son verə biləcəyi siqnallarının ardından həftənin əvvəlində 145 yen səviyyəsinə endikdən sonra həftənin qalan hissəsində yenidən artım tendensiyası sərgiləyir. Yenin zəif perspektivi davam edərkən, paritet bu gün 147 yenə qədər bahalaşaraq son 10 ayın ən yüksək səviyyələrində hərəkətini davam etdirir. Bundan əlavə, investorlar Yaponiya Mərkəzi Bankı tərəfindən hər hansı bir siyasət dəyişikliyi ehtimallarını diqqətlə izləyirlər .
Amerikada dünən proqnozların çox üzərində açıqlanan makroiqtisadi göstəricilər sonrası EUR/USD və GBP/USD məzənnələri isə kəskin ucuzlaşaraq günü müvafiq olaraq 1.0640 və 1.2400 hədlərində tamamladılar. Günə yüngül artımlarla başlayan hər iki paritetdə "ayılar" qiymətləri 1.0650 və 1.2450 həddlərinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün isə Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı valyuta birjalarında qiymətlərin formalaşmasına ciddi təsir edə bilər.
Gün ərzində həmçinin Amerikada açıqlanacaq İdxal Qiymətləri İndeksi və İxrac Qiymətləri İndeksi, həmçinin sənaye istehsalının həcmi kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat investAZ-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 15 sentyabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin