Avro və Funt daha da dəyər itirə bilər - GÜNƏ BAXIŞ
Ötən həftə baş tutan toplantıda FED-in növbəti faiz artımından sonra son 20 ilin maksimumlarına yüksələn dollar indeksi hazırda 113 və 114 koridorunda üfiqi dalğalanır.
Güclənən dollar indeksi və Avrozonadan açıqlanan zəif iqtisadi göstəricilər fonunda avro və funtda ucuzlaşma davam edir. Dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.95$ və 1.05$ hədlərinə kimi dəyər itirə bilər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Cari ticarət həftəsinin ilk günü Yaponiya Mərkəzi Bankının reallaşdırdığı növbəti sərt intervensiyası nəticisində yen kəskin bahalaşdı. Beləki, USD/JPY dünən 146 yendən 140 yen həddinə qədər gerilədi. Lakin hazırda 144 yen həddinin üzərində dalğalanan məzənnədə "buğa"ların üstünlüyü davam edir.
Bu gün Bakı vaxtı ilə 16.30-da və 18:00-da ABŞ-dan açıqlanacaq önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Bazar ertəsi 1620$-a qədər ucuzlaşan qızıl buradan dəstək görərək bir qədər bahalaşdı. Hazırda 1631$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1620$-ın altına düşərsə, eniş tendensiyası 1600$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.** / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?