Avropa bankı Azərbaycanın gəmiçilik şirkətinə 42 milyon dollar kredit verdi

Avropa bankı Azərbaycanın gəmiçilik şirkətinə 42 milyon dollar kredit verdiAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dövlətə məxsus Azərbaycan Xəzər Dəniz Gəmiçilik şirkətinə (ASCO) 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayırıb.
Marja.az-ın əldə etdiyi məlumata görə, ASCO bu vəsaiti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün 2 ədəd "Handysize" tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bildirilir ki, yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq.
AYİB həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.   
ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.
AYİB Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur. Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.

Banklar     Tarix: 01 fevral 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari