Avropa Bankı Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq

Avropa Bankı Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaqAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə "Biləsuvar Solar SPV" günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.
Bankın məlumatına görə, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bankın Direktorlar Şurası kreditin təsdiq edilməsini oktyabrın 22-də planlaşdırır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Layihə "Masdar"ın (BƏƏ) törəmə şirkəti – "Abu Dhabi Future Energy Company" tərəfindən həyata keçirilir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.
Ekoloji qiymətləndirmə layihənin su quşlarının biomüxtəlifliyi ərazilərinə ciddi təsir göstərməyəcəyini müəyyən edib. Əlavə olaraq, layihə ilə bağlı ekoloji riskləri minimuma endirmək üçün kumulyativ təsir qiymətləndirməsi aparılacaq.
"Günəş stansiyasını "Nəvahi" yarımstansiyasına birləşdirən 90 kilometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhlizinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti ekoloji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endirmək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının Ekoloji və Sosial Standartlarına riayət etməli olacaq.
Layihə sahəsinə 1 454 hektar kənd təsərrüfatı sahəsi daxildir və bu torpaqlar layihənin həyata keçirilməsi üçün Energetika Nazirliyinə veriləcək. Bu, həm fiziki, həm də iqtisadi yerdəyişmə ilə nəticələnəcək. Ətraf mühitə və sosial sferaya təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələr zamanı 69 nəfərin yaşadığı 12 ev təsərrüfatının təsirə məruz qalacağı müəyyən edilib.
Sosial-iqtisadi nəticələrin minimuma endirilməsi üçün elektrik xəttinin marşrutu korrektə ediləcək ki, bu da köçürülmənin qarşısını alacaq və əhalinin adi həyat tərzinin pozulmasını azaldacaq. Dünya Bankının standartlarına uyğun olaraq qalıq risklərin azaldılması üçün xüsusi plan hazırlanacaq", - məlumatda bildirilir. / marja.az

Banklar     Tarix: 20 sentyabr 2024

Oxşar xəbərlər

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler emlak xeberleri bank faizleri biznes ideyalari bitcoin qiymeti