Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır - "Avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq"

Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır - Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanın 2% səviyyəsində saxlanması səylərini poza biləcəyindən narahat olublar. Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il Dollara qarşı təxminən 14% dəyər qazanıb.
Bu, indi ECB-nin hədəfində olan inflyasiyanın yavaşlamasına kömək edir. Lakin təhlükə ondadır ki, avronun bahalşaması daha da davam edərsə və inflyasiya 2% olan hədəfdən də aşağı düşərsə, bu proses onun rəqabət qabiliyyətini zəiflədə bilər. Valyuta son iyirmi ildən çox müddətdə ən uzun bahalaşma tendensiyasındadır və bu məsələ ECB-nin Portuqaliyanın Sintra şəhərində keçirilən illik toplantısında müzakirə olunur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq. Bu səviyyəyə qədər, "biz bunu bir az gözardı edə bilərik" deyib və əlavə edib: "Məzənnə bu səviyyədən yuxarı olarsa, vəziyyət daha da mürəkkəbləşəcəkdir".
ECB-nin baş iqtisadçısı Filip Leyn CNBC-yə deyib: "Xüsusilə avropalı investorlar - həm də qlobal investorlar - avroya qarşı yenidən balanslaşma görürlər. İndiyə qədər gördüyümüz şey qalıcı görünür, lakin əlbəttə ki, bundan sonra nə olacağını gözləyirik".
ING-nin makroiqtisadiyyat rəhbəri Carsten Brzeski ECB rəsmiləri haqqında, "Onlar bunu hələ tam etiraf etmək istəmirlər, lakin güclü avro artan narahatlıq mənbəyi olacaq. Nəhayət, avronun daha da möhkəmlənməsi təkcə deflyasiya təzyiqini artırmayacaq, həm də onsuz da çətin vəziyyətdə olan ixrac sektoruna iqtisadi ziyan vura bilər ki, bu da faiz dərəcələrinin azaldılmasına əsas qazandıracaq",- deyib.
Sintrada keçirilən paneldə iştirak edən ECB prezidenti Kristin Laqard məzənnə ilə bağlı şərh verməkdən imtina edib, lakin 2025-ci ilin dollar üçün əhəmiyyətli bir il ola biləcəyini söyləyib. "Bu, bir gecədə baş verməyəcək, tarix boyu heç vaxt belə olmayıb" deyən Laqard, "Ancaq açıq-aydın bir şey pozulub və onu düzəltmək mümkün olub-olmadığını və ya qırılıb-qalmayacağını düşünürəm ki, bu hələ aydın deyil".
Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb. / marja.az

Maliyyə     Tarix: 02 iyul 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti