Avropa Mərkəzi Bankı "faiz artırmağa davam" dedi
Avro Bölgəsində inflyasiya hədəf səviyyələrin üzərində qalmağa davam edərkən, Avropa Mərkəzi Bankı (AMB, ECB) sərtləşdirmə prosesində yeni faiz artımı qərarına imza atıb.
Marja xəbər verir ki, ECB faiz dərəcələrini 0,25 faiz bəndi də artırıb. Bu artımla depozit faiz dərəcəsi 3,75 faizə, əsas faiz dərəcəsi 4,25 faizə, təkrar maliyyələşdirmə dərəcəsi isə 4,50 faizə yüksəlib.
Bloomberg sorğusuna qatılan iqtisadçıların da gözləntiləri faiz dərəcəsinin 0,25 faiz bənd artırılacağı istiqamətində idi.
İyun ayında avro zonasında inflyasiya 5,5 faiz olaraq qeydə alınıb.
Qərarın mətnində inflyasiyanın çox uzun müddət yüksək səviyyədə qalması gözlənildiyi bildirilib.
Mətndə faiz dərəcələrinin gələcək qərarların təsiri ilə kifayət qədər məhdudlaşdırıcı olacağı da vurğulanıb. / marja.az
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar