Avropa Mərkəzi Bankından ardıcıl 2-ci faiz endirimi
Avropa Mərkəzi Bankı (AMB, ECB) bazar proqnozuna paralel olaraq, sentyabr ayının ardınca oktyabr ayında da faizlərini azaltmaq qərarına gəlib.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) depozit faizini 0,25 bənd azaldaraq 3,25 faizə endirib.
Həmçinin AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,65 faizdən 3,40 faizə, marjinal maliyyələşdirmə dərəcəsini 3,90 faizdən 3,65 faizə endirib.
İqtisadçıların proqnozu da faiz dərəcələrinin bu səviyyələrə endirilməsi idi.
Bankın yaydığı press-relizdə Avro Bölgəsində inflyasiya prosesinin yolunda getdiyi mesajı verilib.
Press-relizdə, ECB, hədəfə çatmaq üçün faiz dərəcələrinin lazım olduğu müddətcə kifayət qədər məhdudlaşdırıcı saxlanılacağı mesajını verib. Mətndə deyilir: "İdarə heyəti məhdudiyyətlərin müvafiq səviyyəsini və müddətini müəyyən etmək üçün məlumatlara əsaslanan, iclasdan-iclasa qədər yanaşmanı davam etdirəcək".
Faiz qərarından əvvəl Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Avrozonada avqust ayında 2,2% təşkil edən illik inflyasiya, sentyabrda 1,7% olub. İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,1% azalıb.
Bazar proqnozu Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz təşkil edəcəyi, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi.
Avrozonada baza inflyasiyası proqnoza uyğun olaraq sentyabr ayında illik 2,7 faiz səviyyəsində qeydə alınıb.
Bazar gözləntiləri Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz artacağı, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?