Avropa Mərkəzi Bankından nə gözlənilir?
Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Marja.az xəbər verir ki, Bankın faizlərini 0,25 faiz bəndi də artıracağı gözlənilir. Bankın depozit hesabı dərəcəsini 3,50%-dən 3,75%-ə, əsas faiz dərəcəsini 4.00%-dən 4.25%-ə çatdıracağı nəzərdə tutulur.
Avro Bölgəsində əsas inflyasiya "inadkar" olaraq qalır. İnflyasiya dilemmasında ilişib qalan mərkəzi bankın mesajları gələcək üçün vacibdir.
Bankın ilin sonuna qədər faiz dərəcələrini cəmi 0,50 faiz bəndi artıracağı ilə bağlı proqnozlara baxmayaraq, son artımın iyul ayında ola biləcəyi gözləntiləri güclənib.
Avro Bölgəsində davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarının azalması bu ayın son faiz artımı ilə bağlı proqnozları dəstəkləyib.
"ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq"
"Commerzbank"ın baş iqtisadçısı Marko Vaqner Avropanın iqtisadi narahatlıqlarının getdikcə daha çox ön plana çıxdığını vurğulayıb.
Vaqner, ECB-nin həddindən artıq optimist iqtisadi artım proqnozunu sentyabr ayında aşağıya doğru yenidən nəzərdən keçirməsi ehtimalının yüksək olduğunu bildirib.
"Bu kontekstdə, bazar hələ də sentyabr ayında da faizlərin artırılacağını qiymətlənsə belə, ECB, ehtimal ki, faiz artımlarını bu həftə dayandıracaq. ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq. Çünki Avro Bölgəsi inflyasiyanın azalması şərtləri baxımdan ABŞ-dan geri qalır", - deyə Vaqner bildirib.
ECB-nin sentyabr ayında faiz dərəcələrini 0,25 faiz bəndi də artıracağı ehtimalı hazırda 60 faizdir.
Bu gün ECB faiz qərarını Bakı vaxtı ilə 16:15-də açıqlayacaq.

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları