Avto-icbari sığorta üzrə xidmət səviyyəsinin yaxşı və aşağı olduğu şirkətlərin adları açıqlanıb
Azərbaycan Mərkəzi Bankı Fevral 2023 - Yanvar 2024 dövrü üzrə "Avto-icbari sığorta üzrə şikayət indeksi"ni dərc edib.
Marja.az İndeksə istinadən xəbər verir ki, "Qala Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Meqa Sığorta" ASC və "Paşa Sığorta" ASC xidmət səviyyəsinin digər şirkətlərlə nisbətdə yaxşı olduğu sığort şirkətləridir.
Eyni zamanda, "AtaSığorta" ASC və "Atəşgah Sığorta" ASC xidmət səviyyəsinin digər şirkətlərə nəzərən orta, "Xalq Sığorta" ASC, "Azәrsığorta" ASC və "Bakı Sığorta" ASC xidmət səviyyəsinin digər şirkətlərə nəzərən aşağı olduğu sığorta şirkətləridir.
Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış "AZSIĞORTA" ASC-nin, "İpək Yolu Sığorta"ASC-nin, "A-Qroup Sığorta" ASC-nin və lisenziyası ləğv olunmuş "Günay Sığorta" ASC və "Naxçıvansığorta" ASC-nin müqavilə sayları və şikayət sayları hesablamada nəzərə alınmamışdır. Lakin, qeyd olunan şirkətlərlə bağlanılmış və qüvvədə olan avto-icbari sığorta üzrə mövcud müqavilələrlə bağlı daxil olan şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
Şikayət indeksinin metodologiyası: Müvafiq şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/ Bağlanan müqavilələr üzrə bazar payı Şikayətlər üzrə bazar payı – müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti.
Bağlanan müqavilələr üzrə bazar payı – müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dən aşağı olması həmin portfel üzrə xidmət səviyyəsinin digər şirkətlərlə nisbətdə yaxşı olduğunu, lakin 1.00-i üstələməsi xidmət səviyyəsinin digər şirkətlərə nəzərən aşağı olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya da ləğv edilmişdir.


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Ən çox soruşulan müsahibə sualları hansılardır?