Avtomobil idxalına əlavə vergi tətbiq ediləcək
Türkiyədə yerli istehsalı qorumaq üçün Aİ-dən kənar ölkələrdən idxal edilən minik avtomobillərinə və sərbəst ticarət müqaviləsi olan avtomobillərə növündən asılı olaraq 25-30%, yaxud 6000-8500 ABŞ dolları məbləğində əlavə vergi tətbiq ediləcək.
Biznes.az xəbər verir ki, qayda 60 gün ərzində qüvvəyə minəcək.
Ticarət Nazirliyi, avtomobil idxalı üçün yeni əlavə maliyyə öhdəliklərini ehtiva edən tənzimləmənin rəsmi qəzetdə dərc edildiyini açıqlayıb. Tənzimləmə, yerli istehsalın qorunması, cari hesab kəsirinin azaldılması və sektorda məşğulluğun dəstəklənməsi məqsədilə həyata keçirilib.
Müvafiq olaraq, Avropa İttifaqından və Azad Ticarət Sazişi bağlanan ölkələr xaric digər kənar ölkələrdən gətirilən minik avtomobilləri aşağıdakı dərəcələrlə əlavə vergilərə cəlb olunacaq:
-Adi və hibrid (plug-in istisna olmaqla) avtomobillər: 25% və ya hər bir avtomobil üçün ən azı 6000 dollar, hansı daha yüksəkdirsə.
-Plug-in hibrid avtomobillər: 30% və ya ən azı 7000 dollar, hansı daha yüksəkdirsə.
-Elektrikli avtomobillər: 30% və ya ən azı 8500 dollar, hansı daha yüksəkdirsə.
Başlanan idxal əməliyyatları üçün keçid dövrü veriləcək. Nazirlik, qlobal ticarətdəki inkişaflara və artan proteksionist meyllərə uyğun olaraq, avtomobil sektorunda yerli istehsalın və ixracın dəstəklənməsi üçün yeni addımların davam etdiriləcəyini vurğulayıb.


AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?