AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) ABŞ tariflərinin ən çox təsir etdiyi region ölkələrini açıqlayıb.
EBRD-nin yaydığı məlumata görə, ABŞ-ın tətbiq etdiyi tariflər nəticəsində Azərbaycan regionda ixracına görə ən yüksək tarif yükü ilə üzləşən ölkələrdən biri kimi qeyd olunub.
Qeyd edilib ki, Azərbaycana tətbiq edilən yüksək tarif əsasən ölkənin ABŞ-a alüminium ixracı ilə bağlıdır.
Hesabata əsasən, 2024-cü ilin ilk yarısında Azərbaycana tətbiq edilən tarif 5%, bu ilin ilk yarısında isə 16-17% təşkil edib.
Ümumilikdə, EBRD regionlarından ABŞ-a ixrac olunan məhsullara tətbiq edilən orta effektiv tarif dərəcəsi 2025-ci ilin ilk yarısında 2,7 faiz bəndi artıb.
© APA / marja.az
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa