Ayrı-ayrı vətəndaşların adına şirkətlər yaradılır, böyük məbləğdə vergi borcları yaranır - XƏBƏRDARLIQ
Dövlət Vergi Xidmətinin əməkdaşı Elxan İsayev bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır. Bu cür qanunazidd hərəkətlər bir çox hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir.
"Belə hallarla qarşılaşmamaq üçün Dövlət Vergi Xidməti mütəmadi olaraq vətəndaşları məlumatlandırır, onları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxslər tərəfindən istifadəsinə yol verməməlidir. Dövlət Vergi Xidməti bir daha vətəndaşları etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların üçüncü şəxslərə etibar edilməsində maksimum ehtiyatlı davranmağa çağırır".
/ marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?