Azad olunan ərazilərdəki layihələrə 11 mln. manat güzəştli kredit verilib
Ötən il işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi məbləği 11.5 milyon manat olub.
Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, ötən il verilən güzəştli kreditlərin layihə sayı üzrə 99.8%-i, kreditin məbləği üzrə isə 91.1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib: "Pandemiyadan zərər çəkən sahibkarlara veriləm dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893.4 milyon manat olan 5071 müraciətə 73.3 milyon manat faiz subsidiyası ödənilib". / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Bill Qeyts kimdir?
Dropshipping nədir?
Bitcoin necə işləyir?
Cash Back nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər