Azər Türk Bank "Abşeron" ticarət mərkəzində filial açdı
®Dövlət bankı Azər Türk Bank ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.
Belə ki, Bank kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən "Abşeron" ticarət mərkəzində "KOB ofisi" filialını müştərilərin ixtiyarına verib.
Filialda kiçik və orta biznes kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilməklə, digər bank xidmələri də göstərilir.
Bankın bütün rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir.
Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətində olacaq. atb kart sahibləri burada təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.
Müasir tipli bu yeni ofis "Abşeron" ticarət mərkəzində, 1-ci sıra, 6-cı korpusda yerləşir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.



/ banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?