Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı
®Dövlət bankı Azər Türk Bank beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Bank bu günlərdə dünyanın nüfuzlu maliyyə institutlarından biri olan The Bank of New York Mellon (BNY Mellon) ilə müxbir bank münasibətlərinə başlamışdır.
1784-cü ildə əsası qoyulmuş BNY Mellon hazırda dünya üzrə 60-dan artıq ölkədə fəaliyyət göstərir və 50 trilyon ABŞ dolları həcmində aktivlərin idarəedilməsi üzrə xidmətlər təqdim edir. Bank kapital bazarlarına çıxış, likvidlik həlləri, treyderlik, aktivlərin saxlanması, fond xidmətləri və digər maliyyə məhsulları üzrə qlobal liderlər sırasındadır. Onun Fitch Ratings tərəfindən "AA-", Moody"s tərəfindən isə "Aa1" səviyyəsində qiymətləndirilən yüksək beynəlxalq reytinqləri, maliyyə sabitliyini və qlobal maliyyə sistemindəki nüfuzunu bir daha təsdiqləyir.
Bu strateji əməkdaşlıq Azər Türk Bank-ın beynəlxalq bank əməliyyatlarının keyfiyyətini artırmaq, xarici valyutada hesablaşmalar üzrə imkanlarını genişləndirmək və qlobal maliyyə axınlarına çıxışı təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu hesab vasitəsilə müştərilərimizə beynəlxalq ödənişlərin sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli şərtlərlə həyata keçirilməsi üçün əlavə üstünlüklər təqdim olunacaq.
BNY Mellon ilə əməkdaşlıq Azər Türk Banka müştəriləri üçün beynəlxalq ticarət əməliyyatlarında geniş xidmət çeşidi, müasir komplayens və risk idarəetmə mexanizmlərinin tətbiqində qabaqcıl təcrübəyə çıxış, eləcə də gələcəkdə texnoloji və məhsul yönümlü birgə layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar açır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?